SON XƏBƏRLƏR

MOSKVADA YARIQAPALI QARABAĞ DANIŞIQLARI

2021.10.20, 07:36
MOSKVADA YARIQAPALI QARABAĞ DANIŞIQLARI

Gunaz.tv
Uç böyük dövlət Azərbaycana qarşı ortaq hərəkət edir, münaqişə bölgəsinə isə MDB qüvvələri yerləşdirilə bilər Dünən Moskvada Dağlıq Qarabağ münaqişəsinə dair Ermənistanla Azərbaycan arasında prezidentlər səviyyəsində danışıqların növbəti raundu başlayıb. Formal olaraq Rusiya prezidentinin prizi uğrunda hər il təşkil olunan at yarışına baxmaq üçün Moskvaya dəvət edilən prezidentlər İlham Əliyev və Serj Sərkisyan Rusiya paytaxtına yarışdan bir gün əvvəl gediblər. Prezidentlərin görüşü Bakı vaxtı ilə saat 16-da Moskvadakı «President Hotel»də başlayıb. Əvvəlcədən elan olunub ki, prezidentlər danışıqlara Minsk Qrupu həmsədrlərinin və xarici işlər nazirlərinin iştirakı ilə başlayacaq, daha sonra Əliyevlə Sərkisyan təkbətək görüşəcək. Ardınca Minsk Qrupu həmsədrləri hər iki ölkənin xarici işlər nazirləri ilə danışıqları davam etdirəcək. Ermənistanın Moskvadakı səfirliyindən isə açıqlama verilib ki, prezidentlərin görüşünə jurnalistlər buraxılmayacaq. Danışıqları təşkil edən tərəfin-Kremlin rəsmisi Sergey Prixodko da Əliyev-Sərkisyan görüşü haqda informasiya almaq üçün gözləyən çoxsaylı yerli və xarici jurnalistlərə xəbərdarlıq edib ki, mətbuat üçün prezidentlərin adından açıqlama nəzərdə tutulmur. Buna baxmayaraq, danışıqların aparıldığı «President Hotel»in qarşısına xeyli jurnalist toplaşaraq Əliyevlə Sərkisyanın gəlişini gözləyiblər. Ermənistanın «Tert.am» saytının xəbərinə görə,otelə əvvəlcə Azərbaycan prezidenti İlham Əliyev xarici işlər naziri Elmar Məmmədyarov, ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik və fransalı həmsədr Bernar Fasyenin müşaiyəti ilə daxil olub. Yanındakılarla söhbət edən və jurnalistlərə gülümsəyən Əliyevin əhvalının yaxşı olduğunu görünüb. Daha sonra amerikalı həmsədr Metyu Brayza, rusiyalı həmsədr Yuri Merzlyakov və xarici işlər naziri Edvard Nalbəndyanın müşaiyəti ilə Ermənistan prezidenti Serj Sərkisyan otelə gəlib. Onun da kefinin yerində olduğu jurnalistərin diqqətindən yayınmayıb. Dəhlizdə Əliyevlə Sərkisyan bir-birlərinə əl veriblər. Fotojurnalistlər onların əl sıxmaqlarını çəkməyə fürsət tapa bilmədiklərinə görə xahiş ediblər ki, bu səhnə yenidən təkrarlansın. Bu zaman Sərkisyan «Biz nə edə bilərik ki, siz şəkil çəkməyi çatdırasınız?» deyə onlarla zarafat edib. Daha sonra prezidentlər və həmsədrlər əl sıxma səhnəsini təkrar ediblər. Danışıqlar masası arxasına keçən prezidentlər 10 saniyə sükut içərisində jurnalistlərin onları çəkməsini gözlədikdən sonra media nümayəndələri zaldan çıxarılıb. Görüş ərəfəsində Rusiya ekspertləri və mətbuatı danışıqların bu mərhələsindən hansı nəticələr ədlə edilə biləcəyi barədə fərziyyələr irəli sürüblər. Moskvanın məşhur Beynəlxalq Münasibətlər Universitetinin təhlilçisi Vladimir Zaxarov deyib ki, görüşdən nəticə gözləmir. lÇünki hazırkı mühit sülh sazişi üçün əlverişli deyil». O, mühit deyəndə Azərbaycanın hərbi cəhətdən güclənmə dinamikasını nəzərdə tutur. Onun fikrincə, Azərbaycan güzəştə getməyəcək. Zaxarov prezident İlham Əliyevin Moskva danışıqları ərəfəsində Londonda verdiyi «Dağlıq Qarabağın müstəqilliyi haqda danışmaq gülüncdür» bəyanatını xatırladıb. Həmçinin görüş ərəfəsi Amerikanın Erməni Milli Komitəsi Barak Obamaya açıq məktub yazaraq, Minsk Qrupunun Ermənistana və Dağlıq Qarabağa «səbəbsiz və ağır təzyiqindən» şikayət edib. Komitə şikayətlənir ki, erməni tərəfi lbirtərəfli güzəştlərə getməyə» məcbur edilir. Lakin Amerikadakı erməni təşkilatı hansı güzəştdən söhbət getdiyini göstərməyib. Bununla belə məlum olurdu ki, erməni lobbisi müzakirə masasındakı "Madrid prinsipləri" ilə də qane olmur. Baxmayaraq ki, bu sənəd rəsmi İrəvanın dediyi kimi bütünlüklə erməni tərəfinin şərtlərini özündə əks etdirir və Dağlıq Qarabağa de-yure müstəqillik vəd edir.Rəsmi İrəvan «Madrid prinsipləri»nin erməni tərəfinin maraqlarına tam cavab verdiyini desə də, Xankəndində bu mövqeyi bölüşmürlər. Əsas narazılıq odur ki, Ermənistan rəhbərliyi danışıqlarda Dağlıq Qarabağın üçüncü tərəf kimi iştirakını təmin edə bilmir. Ermənistan müxalifəti də «Madrid prinsipləri»indən narazıdır. Bu narazılıq həm qatı millətçi düşərgədən, həm də digər müxalifət qüvvələrindən ifadə olunur. Azərbaycana gəldikdə isə İlham Əliyev ictimaiyyətdən danışıqların gedişi ilə bağlı hansısa ciddi təzyiq hiss etmir. Buna baxmayaraq dövlət başçısı Laçın dəhlizi və təhlükəsizlik təminatı kimi prinsiplərin qəbul edilə biləcəyini deməklə yamaşı status məsələsində kifayət qədər qətiyyətli mövqe nümayiş etdirməkdədir. Bu baxımdan Moskva danışıqlarından çox şey gözləməyə dəyməzdi. Ancaq bəzi ekspertlər belə hesab edir ki, Azərbaycan hakimiyyəti yenidən seçki mövsümünün yaxınlaşmasını nəzərə alaraq Qarabağ məsələsində Qərbin istədiyi kompromislərə gedə biləcəyinə dair qapalı danışıqlarda bəzi ümidlər verir. Əks halda Azərbaycanın ərazi bütövlüyünə zidd olduğu şübhə doğurmayan «Madrid prinsipləri» indiki formada danışıqlar masası üzərində qoyulmazdı. Həmin prinsipləri «Böyük səkkizlər»in sammitində Minsk Qrupuna həmsədrlik edən Fransa, ABŞ və Rusiya prezidentlərinin görüşündən sonra açıqlanması göstərir ki, danışıqlara vasitəçilik edən və başqa məsələlərdə aralarında ciddi ziddəylət olan böyük dövlətlər Dağlıq Qarabağı de-yure Azərbaycandan qoparılması məsələsində anlaşıb. Eyni zamanda bu dövlətlər Azərbaycanı sözügedən təslimçi sülhə getməyə vadar etmək üçün də ortaq hərəkət edirlər. Bu, kifayət qədər təhlükəli durumdur. Azərbaycan və onun prezidenti təzyiqlərin artacağını nəzərə alaraq dünyanın aparıcı dövlətlərinin Ermənistanın maraqlarına tam cavab verən sülh modelini rədd edə bilmir, ancaq ona nail ola bilir ki, həmin modelə imza atmır. Danışıqlarda münaqişə bölgəsində yerləşdiriləcək beynəlxalq sülhməramlı qüvvələrin tərkibi haqda hələlik müzakirələr aparılmasa da Rusiya dəfələrlə bildirib ki, əldə olunacaq sülh anlaşmasının qarantı olmağa hazırdır. Bu da rus qoşunlarının münaqişə bölgəsində yerləşdirilməsi hesabına ola bilər. Moskva danışıqları ərəfəsində o da məlum olub ki, Rusiya münaqişə bölgəsində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının qüvvələrini yerləşdirmək məsələsini nəzərdən keçirir. Bu haqda «Regnum» agentliyi təşkilata yaxın qırğız ekspertinə istinadən məlumat yayıb. Həmin mənbə deyib ki, KTMT Dağlıq Qarabağ münaqişəsi bölgəsində beynəlxalq sülhməramlı missiyanı üzərinə götürməyə hazırdır. Çünki münaqişə zonasına Qərb ölkələrinin hərbi kontingentlərinin yeridilməsi dərhal İranın mənfi reaksiyasına səbəb olardı. Bildirilir ki, İran Ermənistana təsir imkanlarından istifadə edib Qərb qüvvələrinin münaqişə zonasına yeridilməsinin qarşısını almaq iqtidarındadır. «Dağlıq Qarabağ münaqişəsi bir sıra dövlətlərin maraqları ilə bağlı olan mürəkkəb məsələdir. Burada həmçinin dini elementlərə malik etnik münaqişə əlamətləri də var. KTMT isə həm müsəlman, həm xristian ölkələrinin birləşdiyi çoxmillətli strukturdur və münaqişə bölgəsində sülhü təmin etməyə qadir olan yeganə təşkilatdır. Əgər Azərbaycan da KTMT-yə daxil olsaydı sülhməramlı missiya idela alınardı» deyə mənbə bildirib. Moskva danışıqlarını Ankara-İrəvan münasibətlətlri baxımından diqqətlə izlənildiyi Türkiyə də nəzərlər Əliyev-Sərkisyan görüşünə yönəlib. «Hürriyyət» qəzeti görüşdən əvvəl Minsk qrupunun Rusiyalı həmsədri Yuri Merzlyakovun sözlərini sitat gətirib: «Bu görüş çox əhəmiyyətlidir. Prezidentlər nəticə əldə etməyə meyillidirlər». «Hürriyyət» yazır ki, Merzlyakovun dedikləri görüşlün nəticəsizliyi haqda rusiyalı rəsmilərin dediklərindən fərqlidir. «İnterfaks» agentliyi isə adının çəkilıməsini istəməyən bir Rusiyalı diplomata istinadla xəbər verib ki, «Qarabağ problemini həll eləməyə çox yaxşı şans var. Prezidentlərin mövqeyi konstruktivdir». Görüşün isə bu gün Moskva ippodromunda keçiriləcək at yarışı zamanı Rusiya prezidenti dmitri Medvedyevin iştirakı ilə davam edəcəyi gözlənilir.musavat. F.MƏMMƏDOV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar