SON XƏBƏRLƏR

Əli Əkbər Salehi Atom qurumuna yeni rəhbər təyin olundu

2021.10.20, 07:36
Əli Əkbər Salehi Atom qurumuna yeni rəhbər təyin olundu

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İran prezidenti Mahmud Əhmədinejad iyulun 16-da İranın Məşhəd şəhərində keçirilən hökumət müşavirəsində, hökumətin yeni strukturundakı dəyişiklikləri elan edib. İranın Atom Enerji Təşkilatının sədri və Prezidentin müavini vəzifəsini bundan sonra İranın MAQATE-dəki keçmiş nümayəndəsi Əli Əkbər Salehi daşıyacaq. Salehi 1997-ci ildən 12 il müddətində İranın Atom Enerji Təşkilatının sədri və İran Prezidentinin müavini vəzifəsində işləmiş Qulamrza Ağazadəni əvəz edəcək. Ağazadə ötən gün tutduğu vəzifədən istefa edib. Yeni dəyişikliyə əsasən, İran Prezidentinin müavini, Turizm və Mədəni Abidələrin Mühafizəsi İdarəsinin rəisi İsfəndiyar Rəhim Məşayi bundan sonra Prezidentin birinci müavini vəzifəsində çalışacaq. Məşayini keçmiş vəzifəsində onun müavini Həmid Bəqayi əvəz edəcək. Bəqayi hazırda İranın Turizm və Mədəni Adibələrin Mühafizəsi İdarəsində müavin vəzifəsində çalışır. İndiyədək Əhmədinejadın birinci müavini olan Pərviz Davudi bundan sonra prezidentin müşaviri vəzifəsində çalışacaq. Prezidentin müşaviri vəzifəsində işləmiş Müctəba Haşimi Səmərə isə Prezidentin baş köməkçisi təyin olunub və bu vəzifə yeni təsis edilib. İran Prezidenti Əhəmədinejadın inaqurasiya mərasimi avqustun 8-dək keçiriləcək. Əhmədinejad İran parlamentində and içdikdən sonra yeni hökumət öz işinə başlayacaq. Əhmədinejad sentyabr ayının sonunadək yeni kabinetin tam tərkibini parlamentdə səlahiyyətlərin təsdiqlənməsi üçün təqdim etməlidir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar