SON XƏBƏRLƏR

Çanaqqalada azərbaycanlı əsgərin xatirəsinə abidə ucaldılacaq

2021.10.20, 07:36
Çanaqqalada azərbaycanlı əsgərin xatirəsinə abidə ucaldılacaq

Gunaz.tv
Türkiyənin Çanaqqala şəhərində Birinci Dünya müharibəsində Türkiyənin Qurtuluş savaşında türk qardaşları düşmənə qarşı vuruşmuş 3 min azərbaycanlı əsgərin xatirəsinə abidə ucaldılacaq. Beynəlxalq Diaspor Mərkəzinin rəhbəri İsmayıl Ağayev və İğdır Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri Əkbər Yeşil, iş adamı Volkan Təmiz bununla bağlı artıq Çanaqqala valisinin müavini Canan Akbulut ilə görüşüblər. Şəhidlər xiyabanında rəsmi sənədlərin tərtib edilməsinin başa çatmasından sonra abidənin ucaldılacağı yerə baxılılıb. Abidənin layihəsi də yaxın günlərdə tamamlanacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar