SON XƏBƏRLƏR

Nalbandyan: “Qaçqınların Qarabağa qayıtması müzakirə edilmir”

2021.10.20, 07:36
Nalbandyan: “Qaçqınların Qarabağa qayıtması müzakirə edilmir”

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin ans_pressə istinadən yaydığı məlumaga görə, Ermənistan XİN-i hesab edir ki, bu məsələ Qarabağ münaqişəsinin tam həllindən sonra müzakirə edilə bilər Qaçqınların qayıtması məsələsi yalnız Dağlıq Qarabağ münaqişəsinin tam həllindən sonra müzakirə olunacaq. “Panorama” saytının məlumatına görə, bu barədə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Dağlıq Qarabağda Xankəndində separatçı rejimin rəhbərliyi ilə görüşündən sonra bildirib. “Mən artıq bu barədə danışmışam və yenidən təkrarlaya bilərəm ki, qaçqınların Qarabağa qayıtması ilə bağlı hər hansı müzakirələr aparılmır. Bu məsələyə yalnız Qarabağ probleminin tam həllindən sonra geniş şəkildə, yəni 400 min qaçqının məsələsi ilə bağlı qayıtmaq olar” deyə Nalbandyan Madrid prinsiplərində qaçqınların öz doğma torpaqlarına qayıtması ilə bağlı bəndə münasibət bildirərkən deyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar