SON XƏBƏRLƏR

ƏHMƏDİNEJAD Vaşinqtonuna cavab verdi

2021.10.20, 07:36
ƏHMƏDİNEJAD Vaşinqtonuna cavab verdi

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Əmədinəjad, ölkəsinin Ağ Evlə münasibətləri yalnız qarşılıqlı maraqlar çərçivəsində bərpa edə biləcəyini vurğulayıb İranın fəaliyyətdə olan prezidenti Mahmud Əhmədinejad uzun fasilədən sonra rəsmi Vaşinqtonun əməkdaşlıqla bağlı təklifinə cavab verib. Birləşmiş Ştatları ölkəsinin daxili işlərinə müdaxilədə ittiham edən Mahmud Əhmədinejad ölkəsinin Ağ Evlə münasibətləri yalnız qarşılıqlı maraqlar çərçivəsində bərpa edə biləcəyini vurğulayıb. “İtv.az”ın məlumatına görə, İran prezidenti Mahmud Əhmədinejat növbəti dəfə Birləşmiş Ştatları İranın daxili işlərinə və seçki prosesinə müdaxilə etməkdə günahlandırıb. Mahmud Əhmədinejat bu bəyanatla Məşhəd şəhərində çoxminli auditoriya qarşısında çıxış edib: ABŞ bizim seçkiyə müdaxilə etməyə cəhd göstərib. Amerika başa düşməlidir ki, biz danışıqlar aparmağa hazırıq. Amma yalnız qarşılıqlı maraqlar və ədalət çərçivəsində. ABŞ başqa cür hərəkət etsə, biz artıq tarixin dəfn etdiyi Corc Buşa verdiyimiz cavabla eyni cavabı verəcəyik”-deyə əhmədinejat vurğulayıb. Analitiklər hesab edirlər ki, Mahmud Əhmədinejat bununla Ağ Evin hazırki rəhbəri Barak Obamanın İran hakimiyyətinə Birləşmiş Ştatlarla payızadək münasibətləri yaxşılaşdırmaq təklifinə münasibət bildirib. Xatırladaq ki, Barak Obama, əks təqdirdə Amerika tərəfiniin Tehrana qarşı beynəlxalq sanksiyaların sərtləşdirilməsində israr etmək məcburiyyətində qalacağı xəbərdarlığını da etmişdi. Qeyd edək ki çıxışında BMT baş katibi Pan Qi Muna da müraciət ünvanlayın İranın dövlət başçısı ondan Almaniyada 31 yaşlı misirli qadının öldürülməsi ilə bağlı qurumun araşdırmalara başlanılmasını tələb edib. Dünyanın əksər ölkələrində diqqətlə izlənən bu hadisəyə Avropa və Qərb ölkələrinin seyrçi münasibətinindən narahat olduğunu diqqətə çatdıran Mahmud Əhmədi Nejat bunun ikili standartların göstəricisi olduğunu bəyan edib. Heç kimin ölkəsində olan qonağa hücum etmək haqqının olmadığını vurğulayan İran prezidentinin fikrincə BMT üzərinə götürdüyü vəzifəni yerinə yetirməlidi. Bu arada Avropanın doqquz tanınmış vəkili, İran hakimiyyətinin iyunda müxalifətin etiraz aksiyasının dağıdılması ilə bağlı mühakimə etməyə hazırlaşır. Məlumatlara görə , vəkillərə bir neçə İran mühacir təşkilatı müracət edib.Onlar Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsi ilə İran hakimiyyətinin bəşəriyyət əleyhinə cinayətlərdə ittiham edilməsi məsələsini müzakirə etmək niyyətindədirlər. Vəkillərdən biri-əvvəllər Quantanamo məhkumlarını müdafiə etmiş fransız Uilyam Burdon bildirib ki, hüquqşünasların məqsədi İranda hakimiyyətdə təmsil olunanların mütləq cəzasızlığı şəraitinə son qoymaqdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar