SON XƏBƏRLƏR

Bu gün Azərbaycan və Ermənistan prezidentləri görüşəcək

2021.10.20, 07:36
Bu gün Azərbaycan və Ermənistan prezidentləri görüşəcək

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin ans_pressə istinadən yaydığı məlumata görə, Vasitəçilər sülh prosesindəki “ciddi irəliləyişlər”dən danışsalar da, Azərbaycan prezidenti bu irəliləyişlərin son nəticəyə çatmaq üçün yetərli olmadığını düşünür Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı növbəti görüşü bu gün Moskvada keçiriləcək. ANS PRESS, RİA “Novosti”yə istinadən xəbər verir ki, Kremldə, münaqişənin nizamlanması üçün yaxşı şansın olduğunu düşünürlər. Azərbaycan və Ermənistan prezidentlərinin gözlənilən görüşü, 2008-ci ilin iyununda Sankt-Peterburqda MDB qeyri-formal sammiti çərçivəsində başlayan danışıqların altıncı mərhələsi olacaq. Prezidentlərin 2008-ci ilin noyabrın Moskvaətrafıda keçirilmiş göbrüşündə münaqişənin nizamlanması prinsialərini təyin edən Bəyannamə qəbul edilib. Son vaxtlar ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələrin nümayəndələri bəyan edirlər ki, problemin həllində təkamül müşahidə olunur və onlar ümid edirlər ki, münaqişənin nizamlanması ilə bağlı saziş 2010-cu ilin əvvəllərində imzalana bilər. Rusiya prezidenti Dmitri Medvedev bildirib ki, Dağlıq Qarabağ probleminin həlli üçün yaxşı imkanlar mövcuddur. Onun fikrincə, bu, həllində irəliləyiş əldə edilmiş münaqişələrdən biridir. ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza isə öz növbəsində bəyan edib ki, bu gün danışıqlar çox ciddi səviyyədə aparılır. İyulun 10-da İtaliyada “Böyük səkkizlik” ölkələrinin sammiti çərçivəsində ABŞ, Rusiya və Fransa prezidentləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat qəbul ediblər. Sənəddə bildirilir ki, adı çəkilən ölkələr, Bakı və İrəvana Dağlıq Qarabağla bağlı son təkliflərin yenilənmiş variantını təklif edəcələr. Rusiya prezidentinin köməkçisi Sergey Prixodko jurnalistlərə bildirib ki, İlham Əliyev və Serj Sarkisyan arasında ikitərəfli görüşün səhəri gün-iyulun 18-də danışıqların Rusiya prezidenti Dmitri Medvedevin iştirakı ilə üçtərəfli formatla davam etdiriləcəyi gözlənilir. Lakin hər hansı sənədin imzalanması planlaşdırılmır. Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev Böyük Britaniyaya səfəri çərçivəsində bir daha bəyan edib ki, Dağlıq Qarabağın müstəqilliyi ilə bağlı ideyanın heç bir perspektivi yoxdur. Onun fikrincə, “Dağlıq Qarabağ heç vaxt müstəqil dövlət kimi tanınmayacaq və bunu gözləmək mənasızdır. Azərbaycanın dövlət başçısı bildirib ki, rəsmi Bakı, Dağlıq Qarabağda yaşayanlara suveren Azərbaycan dövləti çərçivəsində ən yüksək muxtariyyət verməyə hazırdır. Münaqişənin nizamlanması ilə bağlı vasitəçilərin optimist bəyanatları fonunda İlham Əliyevin Londonda səsləndirdiyi fikirlər danışıqlarda hər hansı ciddi irəliləyişin olmadığını göstərir. Azərbaycan prezidenti bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinda daha ümidverici dinamika müşahidə olunsa da, bu, son məqsədə çatmaq-birdəfəlik sülhün bərqərar etmək üçün yetərli deyil. “Son 15 ildə biz nə hərb, nə sülh şəraitində yaşayırıq” deyə İlham Əliyev qeyd edib. Azərbaycan dövlət başçısı bəyan edib ki, rəsmi Bakı, münaqişənin sülh yolu ilə həllinə sadiqdir və son 15 ildə bu aydın və dəqiq mövqeyini öz fəaliyyəti ilə təsdiqləyib: “Lakin təəssüf ki, mən münaqişənin hərbi yolla həllini tam istisna edə bilmərəm. Çünki bizim beynəlxalq qanunlara əsasən ərazi bütövlüyümüzü təmin etmək hüququmuz var. Heç bir ölkənin bu hüququ şübhə altına alına bilməz”. İlham Əliyev bildirib ki, Azərbaycan güclü və müasir Silahlı Qüvvələrə malikdir və Azərbaycan Ordusu ölkənin ərazi bütövlüyünü təmin etməyə qadirdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar