SON XƏBƏRLƏR

İngiltərədə Çin səfirliyi qarşısında protessto

2021.10.20, 07:36
İngiltərədə Çin səfirliyi qarşısında protessto

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin ans_pressə istinadən yaydığı məlumata görə, Aksiya iştirakçıları əllərində Şərqi Türküstan bayrağı tutublar İngiltərədə yaşayan türklər və uyğur türkləri, Çinin Sincan Uyğur Muxtar Vilayətində baş verən etnik qarşıdurmalara etiraz olaraq Çinin Londondakı səfirliyi qarşısında nümayiş keçiriblər. Nümayiş iştirakçıları əllərində Şərqi Türküstan bayrağı tutublar. Aksiya İngiltərə Uyğurlar Dərnəyi tərəfindən təşkil edilib. Çin polisinin uyğurlara qarşı sərt müdaxiləyə etiraz edən yüzlərlə aksiya iştirakçıları daha sonra Baş nazirlik binasına doğru hərəkət ediblər. Nümayişə liderlik edən İngiltərə Uyğurlar Dərnəyinin başçısı Enver Tohti, Baş nazir Qordon Brauna məktub da ünvanlayıb. Nümayiş insidentsiz başa çatıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar