SON XƏBƏRLƏR

Cümə namazı gərgin keçəcək

2021.10.20, 07:36
Cümə namazı gərgin keçəcək

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İranın keçmiş baş naziri Mirhüseyn Musəvi iyulun 17-də Tehranda Üləmalar Məclisinin rəhbəri ayətullah Haşimi Rəfsəncaninin rəhbərliyi ilə keçiriləcək cümə namazında iştirak edəcəyini bəyan edib. M.Musəvinin xalqa ünvanlanladığı bəyanatda deyilir: “Vətəndaşların azad və şərəfli yaşamaq hüququnu müdafiə etməyi özümə borc saydığım üçün iyulun 17-də keçiriləcək cümə namazına qatılacaq, sizin sıralarınızda olacağam”. M.Musəvinin bəyanatı İran prezidenti Mahmud Əhmədinejada müxalif olan H.Rəfsəncaninin bu həftə cümə namazına rəhbərlik edəcəyi barədə xəbər təsdiqləndikdən sonra yayılıb. H.Rəfsəncani bu il iyunun 12-də keçirilən prezident seçkisi ərəfəsindəki debatlarda M.Əhmədinejadın ona və oğlanlarına qarşı irəli sürdüyü ittihamlara və seçkinin rəsmi nəticələrinin elan edilməsindən sonrakı qanlı olaylara etiraz olaraq cümə namazına rəhbərlikdən imtina etmişdi. Nəhayət, bəlli olub ki, Rəfsəncani bu həftədən cümə namazına rəhbərliyini davam etdirmək qərarına gəlib. Rəfsəncaninin bu həftə cümə namazına rəhbərlik edəcəyini, həmçinin İranın keçmiş prezidenti Məhəmməd Xatəminin və builki prezident seçkisinə namizəd kimi qatılmış M.Musəvi ilə Milli Etimad Partiyasının rəhbəri Mehdi Kərrubinin cümə namazına qatılacağını nəzərə alan, seçkinin rəsmi nəticələrindən narazı olan təşkilatlar və ayrı-ayrı adamlar vətəndaşları güc nümayiş etdirmək üçün kütləvi şəkildə cümə namazına gəlməyə çağırıblar. Hər həftənin cümə günündə Tehranda keçirilən cümə namazına dini rəhbər ayətullah Seyid Əli Xamneyi və daha dörd nəfər (Haşimi Rəfsəncani, Əhməd Xatəmi, ayətullah Cənnəti və İmami Kaşani) növbə ilə rəhbərlik edirlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar