SON XƏBƏRLƏR

İstanbulun Şəfəq küçəsi Qrant Dinkin adı ilə əvəz olunub

2021.10.20, 07:36
İstanbulun Şəfəq küçəsi Qrant Dinkin adı ilə əvəz olunub

Gunaz.tv
Türkiyədə erməni jurnalistin xatirəsi əbədləşdirilir Türkiyədə öldürülən erməni əsilli jurnalist Qrant Dinkin xatirəsi əbədləişdirilib. Bu barədə erməni mətbuatı məlumt yayıb. Məlumata görə İstanbulun Şəfəq küçəsi Qrant Dinkin adı ilə əvəz olunub. SİA-nın məlumatına görə, verilən bu qərar, “Agos” redaksiyasının yerləşdiyi Şişli rayon bələdiyyəsi tərəfindən qəbul olunub. Hazırda bu istiqamətdə tədbirlərin davam etdirildiyini yazan erməni mətbuatı Şişli bələdiyyəsinin qərarının İstanbul şəhər bələdiyyəsi tərəfindən təsdiqlənməsini gözləyir. “Əgər İstanbul şəhər bələdiyyəsi verilən qərarın həyata keçirilməsi üçün sənədi təsdiqləməsə, Şişli bələdiyyəsi onu yenidən səsə qoymalı olacaq. Yerli özünü idarəçilik orqanları barədə Türkiyədə qəbul olunmuş yeni qanuna görə, əgər rayon bələdiyyələrinin verdiyi qərarlar qəbul olunmasa son qərarı rayon bələdiyyəsi özü qəbul edir”, -deyə erməni mətbuatı qeyd edib. İstanbulun Bakırköy məhəlləsində Maker küçəsinin adını Dadyan adlandırarkən də belə vəziyyət yaranmışdı. Xatırladaq ki, 2008-ci il yanvarın 28-də Fransanın Lion şəhərində, 2009-cu il iyunun 12-də Marseldə küçələrdən birinə Qrant Dinkin adına verilib. Qeyd edək ki, 2007-ci il yanvarın 19-da İstanbulun izdihamlı küçələrindən birində erməni əsilli jurnalist, “Agos” qəzetinin redaktoru redaksiyasının qarşısında öldürüldü.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar