SON XƏBƏRLƏR

AZƏRBAYCANLI FƏALIN DAR AĞACINDAN ASILDIĞI XƏBƏRİ YAYILDI

2021.10.20, 07:36
AZƏRBAYCANLI FƏALIN DAR AĞACINDAN ASILDIĞI XƏBƏRİ YAYILDI

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Əlallahı təriqətindən olan azərbaycanlı fəal Yunis Ağayanın Urmiyanın mərkəzi zindanında dar ağacından asıldığı xəbəri yayılıb. Y.Ağayanı iyulun 12-də edam ediblər. Qoşaçayın Üçtəpə kəndindən olan Yunis Ağayan 2004-cü ildə dörd əlallahı - Mehdi Qasımzadə, İbadulla Qasımzadə, Səhəndəli Məhəmmədi və Baxşəli Məhəmmədi ilə birlikdə hökumət qüvvələrinə silahlı müqavimət ittihamıyla tutulmuşdu. Məhkəmə 3 nəfərə 13 illik həbs, M.Qasımzadə və Y.Ağayana edam cəzası kəsmişdi. Mehdi Qasımzadə 2009-cu il fevralın 28-də Urmiya zindanında dar ağacından asılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar