SON XƏBƏRLƏR

İran adlanan yerdə dinini dəyişmiş gənclər edam oluna bilər

2021.10.20, 07:36
İran adlanan yerdə dinini dəyişmiş gənclər edam oluna bilər

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İslamdan xristianlığa keçdiyi üçün 4 ay əvvəl həbs edilən gənc qadınlar - 30 yaşlı Mərziyyə Əmirizadə İsmayılabadi və 27 yaşlı Məryəm Rüstəmpurun mürtədlikdə günahlandırıla biləcəyi barədə məlumatlar yayılıb. Tehranın Evin həbsxanasında saxlanan Mərziyyə və Məryəmin son həftələrdə ağır psixi və fiziki təzyiqlərə məruz qaldığı, təhdid edilərək ardıcıl dindirildiyi bildirilir. İran Məhkəmə Sisteminin rəsmiləri hər iki məhbusun ailəsinə onların mürtədlikdə günahlandırıla biləcəyini deyiblər. İran qanunlarına görə, mürtədlikdə günahlandırılan şəxsə edam hökmü düşür. 10 il əvvəl xristianlığı qəbul edən Mərziyyə və Məryəm ilk dəfə 1999-cu ilin fevral ayında həbs edilərək ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda günahlandırılmış, sonra müvəqqəti azadlığa buraxılmışdılar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar