SON XƏBƏRLƏR

Mir Hüseyn Musəvi, öldürülmüş Söhrab Ərabinin ailəsinin evində olub

2021.10.20, 07:36
Mir Hüseyn Musəvi, öldürülmüş Söhrab Ərabinin ailəsinin evində olub

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Prezidentliyə namizəd olmuş Mirhüseyn Musəvi və xanımı Zəhra Rəhnəvərd iyulun 14-də seçki nəticələrinə etiraz aksiyasında qətlə yetirilmiş 19 yaşlı gənc Söhrab Ərabinin evinə baş çəkib. İranda prezident seçkisinin rəsmi nəticələrinə qarşı etiraz aksiyaları zamanı yoxa çıxmış 19 yaşlı gənc Söhrab Ərabinin meyitini anasına üç gün əvvəl qaytarıblar. Söhrabın Avropa ölkələrinin birində yaşayan bibisi “Azadlıq” radiosunun fars redaksiyasına açıqlamasında şəhidin anası və digər ailə üzvləri ilə görüşün səmimi şəraitdə keçdiyini deyib. Musəvi ilə xanımının gənc şəhid anasının evinə gəlişi məhəllədə yaşayanlar üçün sürpriz olub. Onlar keçmiş namizədin ətrafına toplaşıb təşəkkür ediblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar