SON XƏBƏRLƏR

Son 10 il ərzində Azərbaycanda 371 nəfər mina və partlamamış hərbi sursatların qurbanı olub

2021.10.20, 07:36
Son 10 il ərzində Azərbaycanda 371 nəfər mina və partlamamış hərbi sursatların qurbanı olub

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Son 10 il ərzində Azərbaycanda 371 nəfər mina və partlamamış hərbi sursatların qurbanı olub. Onlardan 84 nəfəri həlak olub, 287-si isə yaralanıb. bu barədə Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov keçirdiyi mətbuat konfransında məlumat verib. O bildirib ki, mina qurbanları arasında 18-39 yaşlı kişilər üstünlük təşkil edir. Belə insanların sayı 324 nəfərdir. Mina qurbanlarından 6-sı qadın, 42-si uşaq, 171-i hərbçi, 200 nəfər isə mülki şəxslərdir. Ümumilikdə isə Azərbaycanda mina qurbanların sayı 3 min nəfərə yaxındır. Onlardan 300 nəfərini uşaqlar təşkil edir. H. Səfixanov deyib ki, 2009-cu ilin altı ayı ərzində mina və partlamamış hərbi sursatlarla bağlı 10 hadisə nəticəsində 15 qurbanın olduğu qeydə alınıb. Bu partlayışlarda iki əsgər həlak olub, 13 mülki şəxs yaralanıb. 2009-cu ildə baş vermiş hadisələr Biləcəri qəsəbəsində, Füzuli, Ağdam, Ağstafa, Göygöl və Xocavənd rayonları ərazində baş verib.apa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar