SON XƏBƏRLƏR

Çin ört_basdır siyasətinə keçib

2021.10.20, 07:36
Çin ört_basdır siyasətinə keçib

Gunaz.tv
Çin uyğur türkləri ilə bağlı sənədli filmin beynəlxalq festivalın proqramından çıxarılmasını tələb edib Çin hökuməti Avstraliyada keçiriləcək festivalda nümayiş etdiriləcək uyğur türkləri ilə əlaqədar sənədli filmin proqramdan çıxarılmasını istəyib. "Cihan" agentliyinin məlumatına görə, Çin səfirliyinin mədəniyyət attaşesi festivalın direktoru Riçard Mura zəng edərək filmin festivaldan çıxarılmasını istəyib. Riçard Mur isə bu tip yanaşmalara müsbət reaksiya verilmədiyini, Çinin davranışının müsbət qarşılanmadığını söyləyib. "The 10 Conditions of Love" adlı sənədli filmdə Rabiya Kadirin insan haqqları müdafiəçisi olan yoldaşı Sıdık Ruzi ilə əlaqəsi və Sincan Uyğur Muxtar Vilayəti üçün göstərdiyi mübarizənin 11 uşağına təsirindən danışılır. İş qadını olan Rabiya Kadir Çin tərəfindən milli təhlükəsizliyə təhlükə yaratdığına görə 1999-cı ildə həbs olunub və illərlə həbsdə qaldıqdan sonra o dövrdə ABŞ dövlət katibi Kondaliza Raysın cəhdləri nəticəsində 2005-ci ildə sərbəst buraxılıb. O, müalicə üçün ABŞ-a aparılıb və orada mühacirətdə yaşayır. Rabiya Kadir, hələ də Uyğur xalqının çətinliklərini beynəlxalq ictimaiyyətə çatdırmağa çalışan mərkəzi Münhendə yerləşən Dünya Uyğur Konqresinə rəhbərlik edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar