SON XƏBƏRLƏR

Türkiyədən Doğu Türküstana nümayəndə heyəti gedəcək

2021.10.20, 07:36
Türkiyədən Doğu Türküstana nümayəndə heyəti gedəcək

Gunaz.tv
GÜNAZŞTV mətbuat mərkəzinin ans_pressə istinadən yaydığı məlumata görə, Nümayəndə heyəti bölgədə araşdırmalar aparacaq Türkiyə Böyük Millət Məclisinin (TBMM) millət vəkillərindən ibarət nümayəndə heyəti Çinin Sincan Uyğur Muxtar Vilayətinə səfər edəcək. CNN Türk-ün məlumatına görə, nümayəndə heyəti bölgədə araşdırmalar aparacaq. TBMM-nın sədri Köksal Topdan dünən Çin Xalq Respublikasnın Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi ilə görüşüb. Görüşdə K. Topdan xüsusi nümayəndəyə bildirib ki, Türkiyə bölgəyə millət vəkillərini göndərmək istəyir. Çin nümayəndələri isə, Topdanın nümayənə heyəti göndərmə tələbinə müsbət cavab verib, ancaq ziyarətin detalları hələ ki, müəyyənləşdirilməyib "Çox güclü olmaq kimsəyə haqq və hüquqariayət etməmək haqqı verməz. Hadisələrə qarışanlara qarşı qeyri-bərabər güc tətbiq edilməsi ciddi narahatlıq yaradır", deyə K. Topdan görüşdə bildirib. O, Türkiyənin Çinin ərazi bötüvlüyünə həmişə hörmət etdiyini xatırladıb. "Soydaşlarımız həmişə Çinlə Türkiyə arasında dostluq körpüsü olaraq qiymətləndirilib", deyə əlavə edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar