SON XƏBƏRLƏR

Iran adlanan yerdə H1N1 virusuna yoluxanların sayisi 200 nəfər ehtimal olunur

2021.10.20, 07:36
Iran adlanan yerdə H1N1 virusuna yoluxanların sayisi 200 nəfər ehtimal olunur

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İranın Səhiyyə Nazirliyinin İnfeksion Xəstəliklər Mərkəzinin direktoru Məhəmməd Mehdi Quya bildirib ki, ölkədə indiyədək bir nəfərin A/H1N1 virusuna yoluxması təsdiqlənib, 200 nəfər isə bu virusa yoluxmaqda şübhəli bilinir. Bu barədə İranın İLNA xəbər agentliyi məlumat yayıb. Quyanın sözlərinə görə, bu il Həcc ziyarəti zamanı iranlı zəvvarların Səudiyyə Ərəbistanına ziyarətə getməsinə məhdudiyyətlər qoyulacaq. "Son məlumatlara görə, Səudiyyə Ərəbistanında 150 nəfər A/H1N1 virusuna yoluxub. Xəstəliyin geniş yayılmaması məqsədi ilə bu il Həcc ziyarətinə göndərilən ziyarətçilərə məhdudiyyətlər qoyulacaq", - deyə Quya bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar