SON XƏBƏRLƏR

Vəfa Quluzadə: “Bu prinsiplərlə ermənilərə pərdələnmiş şəkildə müstəqillik verilir”

2021.10.20, 07:36
Vəfa Quluzadə: “Bu prinsiplərlə ermənilərə pərdələnmiş şəkildə müstəqillik verilir”

Gunaz.tv
GÜNAZ.TV metbuat mərkəzinin əldə etdiyi məlumata görə, QARABAĞA GÖRƏ İSTEFA VERƏNLƏR MADRİD PRİNSİPLƏRİNİ TƏHLÜKƏLİ SAYIR Madrid prinsiplərinin açıqlanması Qarabağ məsələsi ətrafında müzakirələri aktuallaşdırıb. 6 bənddən ibarət sənədin milli maraqlarımıza cavab verib-vermədiyi mətbuatın əsas suallarındandır. Bəs vaxtilə Qarabağın təsliminə etiraz olaraq istefa vermiş şəxslər bu barədə nə düşünür? “ATƏT-in Minsk Qrupunun işi hərləyib-fırlayıb elə şərait yaratmaqdır ki, Azərbaycan Dağlıq Qarabağı Ermənistana versin. Bunun başqa adı yoxdur. Onlar istəyir ki, Azərbaycan hakimiyyəti xalqdan xəbərsiz bu plana imza atsın. Buna isə ruhi xəstə yanaşması demək olar”. Bu fikri sabiq dövlət müşaviri Vəfa Quluzadə həmin prinsipləri şərh edərkən bildirdi. Onun qənaətincə, Rusiya faktoru məsələyə ədalətli yanaşmağa imkan vermir: “Çünki torpağı Rusiya işğal edib. Madrid prinsiplərinin məğzi Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Amma eyni zamanda Dağlıq Qarabağ erməniləri referendum haqqı alır. Fakt budur ki, Madrid prinsiplərində Dağlıq Qarabağ mübahisəli ərazi kimi qəbul olunur. Dünyanın hansı yerində görülnüb ki, milli azlığa referendum haqqı verilsin? Bu, Azərbaycana qarşı qatı düşmənçiliyin nümunəsidir”. Quluzadə hakimiyyətin Madrid prinsiplərini qəbul edəcəyini güman etmir: “Azərbaycan rəhbərliyi dəfələrlə həmin prinsipləri rədd edib. Həmsədr birmənalı deməlidir ki, Dağlıq Qarabağ Azərbaycanın ərazisidir və ermənilər bizim ərazidə yaşamaq istəyirsə, Azərbaycan qanunlarını tanımalıdır. Azərbaycan öz zərərinə olan kifayət qədər güzəştə gedib. Dağlıq Qarabağa ən yüksək statusun verilməsi Azərbaycanın milli maraqlarına qarşıdır. Faktiki surətdə Madrid prinsipləri ilə ermənilərə pərdələnmiş şəkildə müstəqillik verilir. Üstəlik, Azərbaycan rəhbərliyi üçün şərait yaradırlar ki, o, xalqa yalanı həqiqət kimi təqdim etsin”. Ancaq politoloq Madrid prinsiplərinin problemi həll edəcəyini düşünmür: “Rusiyanı heç Madrid prinsipləri də təmin etmir. Onu dondurulmuş münaqişələr maraqlandırır”. Təzyiqlərə gəlincə, ekspert deyir ki, heç kim Azərbaycan hakimiyyətini bu güzəştlərə məcbur edə bilməz: “Hazırda hakimiyyət ağır vəziyyətini başa düşərək ağa ağ, qaraya qara deməkdən imtina edib. Çünki sərt mövqe sərgiləsə, ona qarşı aqressiv mövqe olacaq. Azərbaycan rəhbərliyi deyir ki, təkliflər nə vaxt ədalətli olsa, o zaman onu qəbul edəcəyik. Məncə, bu normal mövqedir”. "Azərbaycan Naminə" İctimai Forumun prezidenti Eldar Namazov da Madrid prinsipləri haqqında gəlişmələrin onda narahatçılıq yaratdığını bildirdi: “Minsk Qrupunun açıqladığı prinsiplərlə bağlı da narahatçılığım var. Ancaq o prinsiplərə cəmiyyətin reaksiyası əlavə narahatçılıq doğurur. Məndə belə təsəvvür yaranır ki, bəziləri sülh prosesini belə görürlər: bizim diplomatların apardığı danışıqların nəticəsində erməni tərəfi deyir ki, biz işğal olunmuş ərazilərdən geri çəkilirik, Dağlıq Qarabağ Azərbaycanın tərkibinə qayıdır, üstəlik, biz sizin qarşınızda diz üstə durub üzr istəyirik, deyirik ki, ”qələt eləmişik", istəyirsiniz boynumuzu vurun, istəyirsiniz rəhm edin. Əgər gözləntilər bundan ibarətdirsə, bu, sülh yolu deyil. Buna nail olmaq olar, ancaq müharibə yolu ilə. Yəni Azərbaycan ordusu hərəkətə gəlib işğalçı qüvvələri darmadağın edir və bundan sonra regionda yaşayan ermənilər deyəcək ki, “qələt eləmişik, üzr istəyirik, bundan sonra imkan verin Azərbaycan vətəndaşı kimi yaşayaq, bizə nə Ermənistanla yol, nə hansısa qarantiyalar, nə də status lazımdır". E.Namazova görə, sülh yolu ilə Azərbaycan Dağlıq Qarabağın ətrafındakı rayonların azad olunmasına nail olsa belə, əvəzində Dağlıq Qarabağın statusu, ermənilərin təhlükəsizliyinə zəmanət, yolların açılması məsələsində güzəştə getməli olacaq: “Bu mənada bizim cəmiyyət dəqiq bilməlidir ki, sülh yolu ilə problemin həllinə getsək, nəyə nail olacağıq, müharibə yolu ilə getsək nəyə. Bəzən sülh yolundan elə nəticələr gözləyirlər ki, sanki müharibədə qalib gəlmişik və Azərbaycan bayrağını Xankəndinin üzərində sancıb hər şeyi diktə edirik”. ANİF prezidentinə görə, Madrid prinsiplərində taleyüklü məsələlərlə ikinci dərəcəli və yardımçı məsələləri bir-birindən ayırmaq lazımdır: “Bizimçün bir nömrəli məsələ statusa aid bənddir. İkinci mühüm məsələ Dağlıq Qarabağın ətrafında işğal olunmuş ərazilərin məsələsidir. Təhlükəsizliyə qarantiya, yolların açılması kimi məsələlər birinci məsələdən asılıdır. Əgər Dağlıq Qarabağ Azərbaycanın tərkibində qalacaqsa, ərazi bütövlüyümüz bərpa olunacaqsa, qoy yollar da açıq olsun, ermənilər Bakıya, Ermənistana qohum-əqrəbasının yanına gedib-gəlsinlər. Belə olan halda təhlükəsizlik qarantiyası da verilməlidir. Ermənistan ordusu geri çəkiləcəksə, təbii ki, sabah heç kəsin onların başını kəsməyəcəyinə qarantiya lazımdır. Hələlik Madrid prinsipləri Azərbaycanı qane etmir. Çünki statusla bağlı orda mövcud olan bənddə öz müqəddəratını təyin etmə prinsipinin reallaşdırılması üçün mexanizm göstərilib. Halbuki ərazi bütövlüyü prinsipinin reallaşması üçün mexanizm bu bəndlərdə yoxdur. Həmsədrlər dəfələrlə deyiblər ki, biz istəyirik bu iki prinsipin ikisini də istifadə edib ortaq bir kompromis tapaq. Əslinə qalsa, bu iki prinsipin balanslaşdırılmış ortaq bir variantı ondadır ki, Azərbaycanın tərkibində Dağlıq Qarabağa yüksək statuslu muxtariyyət verilir. Ona görə ki, muxtariyyətin özü də müqəddəratı təyinetmə prinsipinin bir formatıdır”. E.Namazov Qarabağ ermənilərinin Azərbaycandan ayrılaraq öz müqəddəratını təyinetməsini mümkün saymadı: “Çünki ermənilər artıq bir dəfə öz müqəddəratını təyin ediblər. Ona görə də nə Azərbaycan, nə Gürcüstan, nə Şimali Qafqaz, nə Kaliforniyada yaşayan erməni azlıqları növbəti dəfə öz müqəddəratını təyin edib erməni dövlətini yarada bilməz. Lakin biz hələlik bunu Madrid prinsiplərində görmürük”. ANİF prezidenti işğal olunmuş ətraf rayonların hamısının işğaldan azad olunması barədə bəndi də xatırlatdı: “Ancaq İlham Əliyev son müsahibəsində dedi ki, ermənilər 5 rayonu azad etməyə hazırdır, iki rayonun isə azad olunmasına beş il sonra baxılmasını təklif edir. Buna görə də hesab edirəm ki, hələlik Madrid prinsipləri Azərbaycanın bütün qanuni, beynəlxalq hüquqa əsaslanmış maraqlarına tam uyğun deyil. Nəzərə alsaq ki, bu prinsiplər hələ razılaşdırılmayıb, həmsədr ölkələrin prezidentləri də bunu etiraf edirlər və Azərbaycanla Ermənistan rəhbərliyini bu prinsipləri də razılaşdırmağa çağırırlar, onda bizim qarşımızda konkret bir hədəf dayanır. Danışıqların növbəti raundunda bu iki məsələyə aydınlıq gətirilməlidir. Onda sülh yolu ilə həll məsələsinə çox yaxın olardıq”. Politoloq Rasim Musabəyov isə “Turan”a açıqlanmış Madrid prinsipləri üzrə şübhələrin olduğunu da vurğulayıb: “Yenə də referendum haqqında məsələ gündəlikdədir. Bu, Azərbaycan Konstitusiyasında nəzərdə tutulmur. Heç kim konstitusiyanı bunun arxasında gizlətməyəcək”. R.Musabəyov qeyd edib ki, Minsk Qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov son bəyanatında Dağlıq Qarabağ ermənilərini prosesə cəlb etməyə çağırıb: “Sülh sazişi imzalandığı halda Ermənistan işğal etdiyi 7 rayondan 5-ni azad etmək vədilə bizi tələyə salmaq istəyir. Sonra hər şeyi Qarabağ ermənilərinin üzərinə atacaqlar. Yəni ki, onlarla müstəqillik haqqında referendum qarşılığında iki rayonun azad edilməsi düsturu üzrə razılaşın”. Politoloqun fikrincə, həmsədr ölkələrin prezidentlərinin İtaliyada qəbul etdiyi birgə bəyanatda əksini tapmış konsensus o demək deyil ki, hər üç ölkə Ermənistan-Rusiya şərtlərini qəbul etmək üçün Azərbaycana təzyiq göstərəcək: “Mən görürəm ki, ruslar Azərbaycanı böyük güzəştlərə, uğursuzluq olarsa isə danışıqların pozulmasına məcbur etmək üçün necə can atırlar”.musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar