SON XƏBƏRLƏR

Ayətullah Əli Müntəziri: "Stalin repressiyası həyata keçirən, mətbuata senzura tətbiq edən rejim namərddir"

2021.10.20, 07:36
Ayətullah Əli Müntəziri: "Stalin repressiyası həyata keçirən, mətbuata senzura tətbiq edən rejim namərddir"

Gunaz.tv
Möhsün Rezayi də dövlət sisteminin süquta uğrayacağını deyir Builki prezident seçkisində namizəd kimi iştirak etmiş "Sepah"ın sabiq komandanı Möhsün Rezayi iyulun 13-də bəyanat yayıb. Bəyanatında "Bizi şahın taleyi gözləyir"-deyən keçmiş namizəd respublikaçılıq anlayışıyla islamçılıq anlayışı arasında yaranmış ziddiyyətdən nigaran olduğunu bildirib: "Seçkidən sonrakı hadisələr vətəndaşların, elitanın düşüncəsində bir sıra suallar, şübhələr və narahatlıqlar yaradıb. İnsanlar islam respublikasındakı azadlıqların gələcəyindən, demokratiya və seçkinin durumundan narahat olduqlarını deyirlər. Əgər hakimiyyətdaxili qarşıdurmalar, ölkədəki hazırkı vəziyyət davam etsə, dövlət sistemi süquta uğraya bilər". İrandakı mövcud hakimiyyətə qarşı müxalif olan ayətullah Hüseyn Əli Müntəziri isə bildirib ki, xalqını əzən rejimi şahın taleyi gözləyir: "Dövlət xalqa aiddir. O vaxt şah xalqın səsini eşidəndə onun üçün artıq çox gec oldu. İndiki hakimiyyətin bu vəziyyətə düşməyəcəyini ümid edirəm". Ayətullah onu da əlavə edib ki, öz xalqına qarşı silah işlədən, Stalin repressiyası həyata keçirən, vətəndaşlarını qətlə yetirən, mətbuata senzura tətbiq edən rejim namərddir.Turqut

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar