SON XƏBƏRLƏR

Ermənistanın baş naziri Türkiyəyə turist cəlb edənləri tənqid edib

2021.10.20, 07:36
Ermənistanın baş naziri Türkiyəyə turist cəlb edənləri tənqid edib

Gunaz.tv
Ermənistanın baş naziri Tiqran Sarkisyan ölkəsində Türkiyəyə turist cəlb etməyə çalışan turizm şirkətlərini tənqid edib. O, gecə-gündüz Türkiyənin reklam edilərək erməni turistlərin bu ölkəyə cəlb edilməsinin Ermənistan iqtisadiyyatına zərər vurduğunu bildirib. "CNN Türk"ün yaydığı məlumata görə, erməni turizm şirkətlərinin rəhbərləri ilə toplantı keçirən Sarkisyan onları daha çox gəlir əldə etmək üçün Ermənistanı və Qarabağı unutmamağa çağırıb. "Antalya, Acariya - yalnız bunları reklam edirsiniz. Artıq insanlar oraları qarış-qarış tanıyırlar. Amma Qarabağı insanlara tanıtmırsınız. İqtisadiyyata zərər vurursunuz". Radionun məlumatına görə, ermənilərin ən çox istirahətə üstünlük verdikləri yerlər Türkiyənin Antalya və Gürcüstanın Acariya bölgəsidir. Erməni nazirinin bu ittihamları cavabsız qalmayıb. Turizm şirkətlərindən birinin təmsilçisi Tiqran Sarkisyana Qarabağ və Ermənistandakı turizm obyektlərinin çox bahalı olduğunu xatırladıb. "Bunların ucuzlaşdığını gözümüzlə görmədiyim müddətdə bu ərazilərə turlar hazırlamaram" - deyə o qeyd edib. Azər NURİYEV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar