SON XƏBƏRLƏR

Abdulla Gül və Metyu Brayza Qarabağdan danışdılar

2021.10.20, 07:36
Abdulla Gül və Metyu Brayza Qarabağdan danışdılar

Gunaz.tv
“Danışıqlar müsbət istiqamətdə davam edir” Türkiyə prezidenti Abdulla Gül ABŞ dövlət katibinin müavininin köməkçisi Metyu Brayza ilə görüşüb. Lent.az-ın “Star” qəzetinə istinadən məlumatına görə, görüşdə Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan arasında aparılan danışıqlar müzakirə edilib. Abdulla Gül “Türkiyə-Ermənistan və Ermənistan-Azərbaycan arasında davam edən müzakirələr birbaşa əlaqəli deyil, ancaq iki proses bir-birinə təsir edir”, deyib. Prezident ATƏT-in Minsk Qrupunun fəaliyyətini daha da sürətləndirməsini istəyib. ATƏT-in Minsk Qrupunun həmsədri Metyu Brayza isə Azərbaycan və Ermənistan arasında danışıqlar barədə məlumat verib: “Müşahidələrim göstərir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ciddi irəliləyiş əldə edilib. Danışıqlar müsbət istiqamətdə davam edir”. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar