SON XƏBƏRLƏR

İran nümayəndələri separatçı “Abxaziya Respublikasında”

2021.10.20, 07:36
İran nümayəndələri separatçı “Abxaziya Respublikasında”

Gunaz.tv
İran nümayəndə heyəti Gürcüstanın bir hissəsi olan Abxaziyaya səfər ediblər. Lent.az-ın ”Apsnıpress”ə istinadən verdiyi məlumata görə, tərkibində Qafqaz üzrə ekspertlərin də olduğu nümayəndə heyətinin səfəri tanışlıq xarakteri daşıyır. Nümayəndə heyəti jurnalistlərin iştirakı olmadan Abxaziya rəhbərliyi ilə görüşüb. Bundan əlavə, proqrama geniş mədəni tədbirlər də daxil edilib. Onlar Ritsa gölü, Qaqra, Pitsunda, Yeni Afon, Suxumiyə səfər ediblər. Nümayəndə heyəti Abxaziyaya iyulun 11-də gedib və bu gün separatçı bölgəni tərk edib. Xatırladaq ki, İran Abxaziya və Cənubi Osetiyanın “müstəqilliyini” tanımasa da, bu regionlarla ikitərəfli münasibətlər qurur. Rəsmi Tehran Cənubi Osetiya müharibəsi zamanı Rusiyanı dəstəkləyib. Bundan əlavə, İran hökuməti Gürcüstanın “Cənubi Osetiya və Abxaziya xalqlarına qarşı soyqırım həyata keçirməsini” pisləyib. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar