SON XƏBƏRLƏR

İran adlanan yerdə yeni siyasi təşkilat yaradılacaq

2021.10.20, 07:36
İran adlanan yerdə yeni siyasi təşkilat yaradılacaq

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Prezidentliyə namizəd olmuş keçmiş baş nazir Mirhüseyn Musəvinin yaxın vaxtlarda siyasi cəbhə yaradacağı barədə məlumat yayılıb. bütün islahat tərəfdarlarını və hakimiyyətin islahatçılar qanadına mənsub olan şəxsiyyətləri özündə birləşdirəcək vahid siyasi cəbhənin yaradılması ilə bağlı xəbəri Musəvinin baş nazirliyi dövründə onun müşaviri olmuş Əlirza Beheşti jurnalistlərlə görüşündə açıqlayıb. Siyasi cəbhənin yaradılmasının dəqiq tarixi açıqlanmasa da, prezidentliyə digər namizəd Milli Etimad Partiyasının rəhbəri Mehdi Kərrubinin də bu təşəbbüsdə Musəvi ilə əməkdaşlıq edəcəyi bildirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar