SON XƏBƏRLƏR

İran adlanan yerdə kütləvi edam!

2021.10.20, 07:36
İran adlanan yerdə kütləvi edam!

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Zahedan həbsxanasında 13 nəfər asıldı İyulun 14-də səhər tezdən İranın Zahedan şəhərinin həbsxanasında “Cunculla” (“Allahın döyüşçüləri”) sünni təşkilatının 13 döyüşçüsü edam edilib. Vrilən məlumata görə, prokurorluğun nümayəndəsi onların Zahedandakı partlayışda əllərin olduğunu bildirib. Qeyd edək ki, bundan əvvəl onların şəhərdəki “Lalə” parkında insanların gözü qarşısında asılacağı bildirilirdi. Amma sonra rəsmi mənbələr bu informasiyanı təkzib ediblər. Yaxın günlərdə qruplaşmanın lideri Əbdülməlikin qardaşı Əbdülrəhim Riqinin də asılacağı gözlənilir. “Cunculla” üzvləri bir sıra ağır cinayətlərdə, o cümlədən may ayının sonunda Zahedan şəhərində terror aktında günahkar biliniblər. Xatırladaq ki, o zaman imam Əli ibn Əbu Talib məscidində partlayış nəticəsində 25 nəfər ölüb, 100-dən çox adam isə yaralanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar