SON XƏBƏRLƏR

AMİP partiyası Çin səfirliyi qarşısında icazəsiz aksiya keçirəcək

2021.10.20, 07:36
AMİP partiyası Çin səfirliyi qarşısında icazəsiz aksiya keçirəcək

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Azərbaycan Milli İstiqlal Partiyası iyulun 16-da Çinin ölkəmizdəki səlahiyyətli səfirliyi qarşısında keçirməyi nəzərdə tutduğu etiraz aksiyası üçün meriyadan icazə istəməyəcək. Bu barədə "OLAYLAR"İA-ya məlumat verən partiyanın mətbuat və təbliğat katibi Əli Oruclu bildirib ki, indiyə qədər Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanmış müraciətlərə heç bir müsbət cavabın verilməməsi partiyanı belə bir məcburiyyət qarşısında qoyub: "Onsuz da meriyaya müraciət etməyin heç bir mənası yoxdur. Ona görə də partiya heç bir müraciət etmədən etiraz aksiyası keçirəcək".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar