SON XƏBƏRLƏR

İranda cundulla qrupunun 14 üzvü edama məhkum olunub

2021.10.20, 07:36
İranda cundulla qrupunun 14 üzvü edama məhkum olunub

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, hökumət sünnilərin yaraqlı qrupu Cundallanın liderinin qardaşı da daxil edilməklə, 14 üzvünü asılmaqla ölüm cəzasına məhkum etmişdir. Xəbərlərdə deyilir ki, yerli məhkəmə rəsmiləri cəzalandırılanların ölkənin şərqindəki Zahidan şəhərində asılacaqlarını bildirmiş və prosesi izləmək üçün onların ailə üzvlərini və digərlərini dəvət etmişlər. Xəbərlərdə Cundalla lideri Əbdülmalik Riginin qardaşı Əbdülhəmid Rigi asılanlar arasında olacaq. İran rəsmiləri Cundalla qrupu üzvlərinin terrorçu olduğunu və onların qətllər də daxil edilməklə, müxtəlif cinayətlərdə əlləri olduqlarını deyirlər. Qeyd edək ki, Cundallanın baş qərargahı İranın cənub-şərqində, Pakistanla sərhəddə yerləşir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar