SON XƏBƏRLƏR

Söhrab Ərabi güllələnmiş meyiti ailəsinə qaytarılıb

2021.10.20, 07:36
Söhrab Ərabi güllələnmiş meyiti ailəsinə qaytarılıb

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İranda prezident seçkisinin rəsmi nəticələrinə qarşı etiraz aksiyaları zamanı yoxa çıxmış 19 yaşlı gənc Söhrab Ərabinin güllələnmiş meyitini anasına qaytarıblar. iyulun 12-də Tehranın Evin həbsxanasından Söhrabın anasına zəng edərək həbsxanaya gəlməsini xahiş ediblər. Burda anaya 60 meyitin şəklindən ibarət bir albom veriblər və oğlunun onların içində olub-olmadığını soruşublar. Ürəyindən güllələnmiş gəncin anası öz oğlunun şəklini müəyyənləşdirdikdən sonra meyiti ona verərək dəfn mərasimini səssiz keçirməsini tələb ediblər. S.Ərabinin aksiya gedən vaxt, küçədə qətlə yetirildiyi, yoxsa həbsxanaya aparıldıqdan sonra güllələndiyi bəlli deyil. Aksiyalarda 20-dən çox şəxsin qətlə yetirildiyi bildirilirsə də, Evin həbsxanasındakı 60 meyitin şəklindən ibarət albomun mövcudluğu etirazlarda yoxa çıxmış başqa vətəndaşların valideynlərinin narahatlığına səbəb olub. Yoxa çıxmış vətəndaşların ailələri qətlə yetirilənlərin 20 nəfər yox, daha çox olmasından nigarandırlar. İranda prezident seçkisi iyun ayının 12-də keçirilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar