SON XƏBƏRLƏR

İraqa qaçan 4-cü diviziyasının əsgərləri Suriyaya təhvil verilib

2024.12.20, 12:30
İraqa qaçan 4-cü diviziyasının əsgərləri Suriyaya təhvil verilib

Suriyada rejimin süqutu zamanı İraqa qaçdığı iddia edilən Mahir Əsədin komandanlığı altında olan 4-cü diviziyada xidmət edən 1905 əsgər İraq rəsmiləri tərəfindən Suriyadakı yeni idarəçiliyə təhvil verilib.

Gunaz.tv

GünazTV Türkiyənin Anadolu Agentliyinə istinadən xəbər verir ki, bununla bağlı İraq Təhlükəsizlik Media Şəbəkəsi öz bəyanatında bildirib. İraq Təhlükəsizlik Media Şəbəkəsi, "X" sosial media platformasında verdiyi bəyanatda bildirib ki, 1905 əsgər yeni Suriya rəhbərliyinin verdiyi əfvdən faydalanaraq Əl-Qaim Sərhəd Qapısı vasitəsilə Suriya tərəfinə təhvil verilib.

Açıqlamada əsgərlərdən ayrılmadan əvvəl ailələrinin yanına qayıtmaları üçün yazılı öhdəlik alındığı, İraq Müdafiə Nazirliyinin əlində olan silahların Suriyanın yeni hökumətinə təhvil veriləcəyi bildirilib.

İraqa qaçan əsgərlər devrilmiş rejimin ikinci adamı, amansız qırğınları ilə tanınan Mahir Əsədin komandanlıq etdiyi 4-cü diviziyada xidmət ediblər.

Qeyd edək ki, devrilmiş Əsəd rejiminin əsgərləri dekabrın 7-də Əl-Qaim Sərhəd Qapısı vasitəsilə İraqa qaçıb.

 

 

Şahin Elxanoğlu

 
 
 
 
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar