SON XƏBƏRLƏR

İŞİD lideri öldürüldü

2024.12.21, 11:49
İŞİD lideri öldürüldü

GünazTV Musavat.com-a istinadla xəbər verir ki, bu barədə Amerika Mərkəzi Komandanlığı məlumat yayıb.

Gunaz.tv

Məlumatda qeyd edilir: "Dekabrın 19-da Amerika Mərkəzi Komandanlığı qüvvələri Suriyanın Deyr əz-Zəvr əyalətində İŞİD lideri Əbu Yusif Mahmuda qarşı dəqiq hava zərbəsi endirib, nəticədə Əbu Yusif də daxil olmaqla iki İŞİD üzvü öldürülüb".

"Amerika Mərkəzi Komandanlığının bölgədəki tərəfdaşları ilə birlikdə bu hava hücumu terrorçuların Amerika və müttəfiqlərinə qarşı hücumları planlaşdırmaq, təşkil etmək və həyata keçirmək səylərini pozmaq üzrə davam edən öhdəliyinin bir hissəsidir. Bu zərbə əvvəllər Suriya rejimi və rusların nəzarətində olan bölgədə həyata keçirilib", - Amerika Mərkəzi Komandanlığının açıqlamasında qeyd olunur. 

“Daha əvvəl də qeyd edildiyi kimi, Amerika regiondakı müttəfiqləri və tərəfdaşları ilə birlikdə İŞİD-in Suriyadakı mövcud vəziyyətdən istifadə etməsinə və yenidən qurulmasına imkan verməyəcək. İŞİD hazırda Suriyadakı obyektlərdə saxlanılan 8000-dən çox İŞİD-çini həbsdən çıxarmaq niyyətindədir. Biz bu liderləri və əməliyyatçıları, o cümlədən Suriyadan kənarda əməliyyatlar keçirməyə çalışanları aqressiv şəkildə hədəfə alacağıq”, - Amerika Mərkəzi Komandanlığnın komandiri general Maykl Erik Kurilla bildirib. 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar