SON XƏBƏRLƏR

AYƏTULLAH ZƏNCANİ saxta seçkilərə deyinib

2021.10.20, 07:36
AYƏTULLAH ZƏNCANİ saxta seçkilərə deyinib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Qum elmi dairəsinin yüksək rütbəli ruhanisi ayətullah Bayat Zəncani tərəfdarlarının suallarına cavab verərkən son prezident seçkisindəki saxtakarlıqlara toxunub. “Məmurların qanunsuz saydıqları yeni hökumətə qarşı mövqeyi necə olmalıdır. Onların hökumət işini tərk etməsinə icazə verilirmi” sualını ayətullah belə cavablayıb: “Vətəndaşlar qanunsuz saydıqları şəxsi dinc yolla dəyişməlidir. Onlar qanunsuz və saxtakar şəxsi dəyişib yerinə başqasını gətirməklə vəziyyətin yaxşılaşacağına və islahatlar aparılacağına əmindirlərsə, hökmən bunu etməli və bu sahədə tədbir görməlidirlər”. 12 iyun prezident seçkisindəki saxtakarlıqlara etiraz olaraq bu günə qədər düzənlənmiş aksiyalarda 4 min vətəndaşın həbs edildiyi, onlarla şəxsin yoxa çıxdığı, 20-dən çox aksiyaçının isə qətlə yetirildiyi bildirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar