SON XƏBƏRLƏR

Qəzvində 7 aksiya iştirakçısı tutulub

2021.10.20, 07:36
Qəzvində 7 aksiya iştirakçısı tutulub

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin "lent.az"a istinadən yaydığı məlumata görə, İranda müxalifət nümayəndələrinin həbsləri davam edir. Qəzvin şəhərində əsas müxalifət partiyalarının 7 üzvü tutulub. Qəzvin prokurorunun köməkçisi Əli İftixari bildirib ki, tutulan şəxslər bir müddət öncə ölkədə baş verən iğtişaşlardan öz xeyirləri üçün istifadə etməyə çalışırmışlar. Bundan əlavə o, həbs olunanları İrandakı silahlı müxalifətlə əlaqələrdə ittiham edib: “Bu şəxslər İraqda məskunlaşan düşmənlərimizlə bağlı olublar”. Hakimiyyət orqanları bildiriblər ki, tutulanlar Tehranda etiraz aksiyalarının təşkilində vacib rol oynayıblar və Qəzvin sakinlərini aksiyalara qoşulmağa çağırırmışlar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar