SON XƏBƏRLƏR

Amerikalı konqresmendən Çinə soyqırım ittihamı

2021.10.20, 07:36
Amerikalı konqresmendən Çinə soyqırım ittihamı

Gunaz.tv
"Baş verənlər, Uyğurları yox etmək istəyən Pekin siyasətinin bir nəticəsidir" Amerika Konqresinin üzvləri Çinin Sincan Uyğur Muxtar Vilayətində baş verən hadisələrə görə Çin rəhbərliyini günahkar biliblər. CNN Türk-ün məlumatına görə, Amerika Konqresinin Respublikaçı üzvü Dana Rohrabacher Çini soyqırımda ittiham edib. "Baş verənlər, Uyğurları yox etmək istəyən Pekin siyasətinin bir nəticəsidir. Pekin, gələcəkdə soyqırımla ittiham olunacaq", deyə konqresmen bildirib. Demokrat Partiyasından olan konqresmen Bill Delahunt isə Çin rəhbərliyinin hadisələrə görə günahkar bildiyi Rabiya Kadiri müdafiə edib. O, Pekinin davranışını "təcavüzkar və iyrənc" olaraq xarakterizə edərək Çin hökumətini Nobel Sülh Mükafatı laureatı olan qadına şər yaxmaqdan imtina etməyə çağırıb. Qeyd edək ki, Sincanın paytaxtı Urumçidəki yerli uyğur türkləri ilə xanlar arasında toqquşmalar nəticəsində zərərçəkənlərin sayı 1680 nəfərə çatıb, toqquşmalarda ümumilikdə 184 nəfər həlak olub. Onlardan 137 nəfərinin etnik xanların, 46 nəfərin isə uyğur türklərinin olduğu bildirilir. Xaricdəki uyğur fəalları isə bəyan ediblər ki, qətlə yetirilmiş və zərərçəkmiş uyğurların sayı qəsdən azaldılıb. Hazırda Urumçi şəhəri təhlükəsizlik qüvvələrinin nəzarətindədir.ans

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar