SON XƏBƏRLƏR

Əli Xameneinin gülünc iddiası

2024.12.25, 11:19
Əli Xameneinin gülünc iddiası

"İranın niyabəti (proksi) qüvvələri yoxdur"

Gunaz.tv

Özünü "Dini lider" kimi qələmə verən Xamenei yeni bir gülünc iddia səsləndirib. Propaqanda məqsədi daşıyan Xameneinin azərbaycan dilindəki "X" səhifəsi paylaşımında iddia edib ki, İranın proksi qüvvələri yoxdur. 

"İranın niyabəti (proksi) qüvvələri yoxdur. Biz əgər bir gün düşmənə qarşı döyüşə qalxmaq istəsək, niyabəti qüvvələrə ehtiyac yoxumuzdur".

Qeyd edək ki, İranın Yaxın Şərqdə bir sıra terror proksi qüvvələri mövcuddur: Lübnanda Hizbullah, Qəzza zolağında Həmas və İslami Cihad, Suriya və İraqda şiə milisləri, Yəməndə isə Husilər.

İran Silahlı Qüvvələrinin bir qolu olan SEPAH-ın Qüds Qüvvələri ekstraterritorial əməliyyatlara və İranın xaricdəki proksi qüvvələrinin idarə olunmasına cavabdehdir.

İran və onun proksi qüvvələri təkcə bütün Yaxın Şərqdə sabitliyi pozmaqla kifayətlənmir, eyni zamanda bütün dünya üçün təhlükə yaradır.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar