SON XƏBƏRLƏR

Qax rayonu ərazisindəki Torpaqqala yaşayış məskənində tədqiqat işləri aparılır

2021.10.20, 07:36
Qax rayonu ərazisindəki Torpaqqala yaşayış məskənində tədqiqat işləri aparılır

Gunaz.tv
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları Qax rayonunun Lələli kəndi yaxınlığındakı qədim Torpaqqala yaşayış məskənində arxeoloji tədqiqatları davam etdirirlər. Rayon rəhbərliyi, əlaqədar qurumların nümayəndələri ərazidə aparılan arxeoloji qazıntı işlərinin gedişi ilə tanış olmaq üçün iyulun 10-da Lələli kəndində olmuşlar. Ekspedisiya qrupunun rəhbəri, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun bölmə müdiri, memarlıq elmləri doktoru Vilayət Kərimov bildirmişdir ki, ərazidə tədqiqat işlərinə cari ilin iyununda başlanılmışdır. İlkin qazıntı zamanı torpağın üst qatından orta əsrlərə aid saxsı qabların qırıntıları, gil qablar, ipəyirən və digər əşyalar tapılmışdır. Sonrakı qatda Yaloylutəpə mədəniyyətinə – eramızdan əvvəl III–I əsrlərə aid küp qəbir, vaza, su qabı və digər əşyalar aşkar olunmuşdur. Ərazidə tədqiqat işləri qarşıdakı aylarda da davam etdiriləcəkdir. AzərTAc

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar