SON XƏBƏRLƏR

“Böyük 8”-lərin İtaliyada keçirilmiş sammitində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı birgə bəyanat qəbul olunmuşd

2021.10.20, 07:36
“Böyük 8”-lərin İtaliyada keçirilmiş sammitində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı birgə bəyanat qəbul olunmuşd

Gunaz.tv
İyulun 10-da ABŞ, Rusiya və Fransa prezidentləri “Böyük 8"-lərin İtaliyanın Akvil şəhərində keçirilən toplantısında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı birgə bəyanatla çıxış etmişlər. Bu sözləri Azərbaycanda səfərdə olan ATƏT-in Minsk qrupunun həmsədrləri iyulun 10-da Rusiyanın ölkəmizdəki səfirliyində keçirdikləri mətbuat konfransında demişlər. Prezidentlər Barak Obama, Dmitri Medvedev və Nikola Sarkozi həmsədrlərə Azərbaycan və Ermənistan prezidentlərinə baza prinsiplərinə dair son təkliflərin əks olunduğu 2007-ci il noyabrın 29-da açıqlanmış Madrid təklifləri üzrə yeni versiyanı təqdim etməyi tapşırıblar: “Biz Azərbaycan və Ermənistan prezidentlərini qalan fikir ayrılıqlarını aradan qaldırmağa və hərtərəfli sülh planının əsasını təşkil edəcək baza prinsiplərinin razılaşdırılmasını başa çatdırmağa çağırırıq”. Bildirilmişdir ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin başçıları əsas prinsiplərin razılaşdırılmasında Azərbaycan və Ermənistan prezidentlərinə dəstək verəcəklərini təsdiqləmişlər. AzərTAc

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar