SON XƏBƏRLƏR

Türkiyə İstehlakçılar Birliyi, türk dövlətlərini Çin mallarını boykot etməyə çağırır

2021.10.20, 07:36
Türkiyə İstehlakçılar Birliyi, türk dövlətlərini Çin mallarını boykot etməyə çağırır

Gunaz.tv
"Bu boykot, vəhşəti durdurmaqla yanaşı, yerli istehsalın böhrandan çıxması üçün bir fürsətdir" Türkiyənin İstehlakçılar Birliyi, Çin mallarını boykot etmək çağırışı ilə çıxış edib. İstanbulda isə bir qrup şəxs, Çin konsulluğunun binası qarşısında bu ölkənin istehsalı olan malları yandırıb. ANS PRESS, “İhlas” agentliyinə (İHA) istinadən xəbər verir ki, polis, Uyğurustanda baş verənlərə etiraz məqsədilə aksiya keçirən şəxsləri konsulluq binasına yaxın buraxmayıb. İstehlakçılar Birliyinin sədri Nazım Kaya bildirib ki, birlik, Uyğurustanda baş verənlərə etirazını Çin mallarının boykot edilməsi ilə bildirir: “Türkiyə istehlakçıları ata yurdumuzda qalan qardaşlarımızın yanındadır. Dövrümüzün ən təsirli silahı istehlakçılardır. Birilyimiz, onsuz da iqtisadi böhran təhlükəsi qarşısında olan Çinə qarşı genişmiqyaslı boykota başlayır. Həm istehlakçılara, həm də Çinin ən böyük bazarı olan türk dövlətlərində yaşayanlara müraciət edirik. Soyqırımının dayandırılması üçün həm sahibkarlardan, həm də iqtidarlardan dəstək gözləyirik. Bu boykot, vəhşəti durdurmaqla yanaşı, yerli istehsalın böhrandan çıxması üçün bir fürsətdir”. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar