SON XƏBƏRLƏR

Azərbaycan-Çin: siyasi-iqtisadi əlaqələr hansı yerdədir?

2021.10.20, 07:36
Azərbaycan-Çin: siyasi-iqtisadi əlaqələr hansı yerdədir?

Gunaz.tv
Ölkələr arasında ticarət dövriyyəsi 970 milyon dollara çatıb Çinin Uyğurustan muxtar vilayətində ötən bazar günündən başlayan qarşıdurmalar zamanı azı 184 nəfərin ölümündən sonra bir sıra türk dövlətlərində Çin mallarının boykot edilməsinə çağırışlar səslənir. Belə çağırışların daha aktiv olduğu Türkiyədə Çin mallarının yandırılması aksiyaları da keçirilir. Artıq analoji çağırışlar Azərbaycanda da səslənir.Bundan başqa, Türkiyə İstehlakçıları Birliyi bütün türk dövlətlərin Uyğurustanda baş verənlərə Çin mallarını boykot etməklə etiraz bildirməyə çağırıb. Odur ki, Azərbaycan-Çin əlaqələrinə nəzər salmaq zərurəti yaranıb. Əvvəla, onu qeyd etmək lazımdır ki, Azərbaycanla Çin Xalq Respublikası arasında hərtərəfli əməkdaşlıq inkişaf etməkdədir.İki ölkə arasındakı ticarət dövriyyəsi 15 milyondan 970 milyon dollara çatıb. Çin Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Sonuncu dəfəbu bəyanatı bu ölkənin Azərbaycandakı səfiri Çjan Yannyan, bu ilin aprelində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşdə verib.Ermənistan-Azərbaycan münaqişəsinə toxunan səfir bildirib ki, Çin Xalq Respublikası münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllini dəstəkləyir. Azərbaycan Respublikasının Çin Xalq Respublikası ilə imzaladığı sənədlərin siyahısı 1993 - Azərbaycan Respublikasının Xarici İqtisadi Əlaqələr Nazirliyi ilə Çin Xalq Respublikasının Xarici İqtisadi Əlaqələr və Xarici Ticarət Nazirliyi arasında 1993-cğ ildə mal dövriyyəsi haqqında Memorandum. Pekin, 13 mart 1993 - Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında, ÇXR-dən Azərbaycan Respublikasına mallar göndərilməsi ğzğn Dövlət Krediti ayrılması haqqında Saziş. Pekin, 13 mart 1993 1994 - Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında xidməti səfərlər zamanı vizaların alınmaması haqqında Saziş. Pekin, 4 yanvar 1994 - Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyi arasında məşvərət haqqında Protokol. Pekin Çin, 4 yanvar 1994 - Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında qrup turist səfərləri zamanı vizaların alınması haqqında Saziş. Pekin, 4 yanvar 1994 - Azərbaycan Respublikası və Çin Xalq Respublikası arasında Konsulluq Konvensiyası. Pekin, 4 yanvar 1994 - Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş. Pekin, 7 mart 1994 - Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında Saziş. Pekin, 8 mart 1994 - Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında mədəni əməkdaşlıq haqqında Saziş. Pekin, 7 mart 1994 - Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında dostluq münasibətlərinin əsasları haqqında Birgə Bəyanat. Pekin, 7 mart 1994 - Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında hava əlaqəsi yaradılması haqqında Protokol. Pekin, 7 mart 1994 - Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Saziş. Pekin, 7 mart 1994 - Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında kinematoqrafiya, radio verilişləri və televiziya sahəsində Protokol. Pekin, 7 mart 1994 - Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında elmi-texniki əməkdaşlıq haqqında Saziş. Pekin, 7 mart 1994 - Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında, ÇXR-dan Azərbaycan Respublikasına mallar göndərilməsi üçün Dövlət krediti ayrılması haqqında Saziş. Pekin, 24 may 1994 1996 - Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında Konsulluq Konvensiyasının ratifikasiya fərmanlarının mübadiləsi haqqında Protokol. Bakı, 29 mart 1996 1998 - Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında Çinin Azərbaycana güzəştli kredit verməsi haqqında çərçivə Sazişi. Bakı, 18 iyun 1998 1999 - Azərbaycan Respublikası Prokurorluğu ilə Çin Xalq Respublikası Ali Xalq Prokurorluğu arasında əməkdaşlıq haqqında Saziş. Pekin, 9 sentyabr 1999 2004 - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Çin Xalq Respublikasının İctimai Təhlğkəsizlik Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş. Pekin, 25 aprel 2004 - Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında texniki-iqtisadi əməkdaşlıq haqqında Saziş. Bakı, 23 oktyabr 2004 2005 - Azərbaycan Respublikası və Çin Xalq Respublikası arasında Birgə Bəyannamə. Pekin, 17 mart 2005; - Azərbaycan Respublikası və Çin Xalq Respublikası arasında təslim etmə haqqında Müqavilə. Pekin, 17 mart 2005; - Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ticarət-iqtisadi əməkdaşlıq haqqında Saziş. Pekin, 17 mart 2005; - Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında gömrük işi sahəsində qarşılıqlı yardım haqqında Saziş. Pekin, 17 mart 2005; - Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş. Pekin, 17 mart 2005; - Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında texniki-iqtisadi əməkdaşlıq haqqında Saziş. Pekin, 17 mart 2005; - Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə texniki dəstəyi haqqında Memorandum. Pekin, 17 mart 2005; - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Çin Xalq Respublikasının Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş. Pekin, 17 mart 2005; - Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyi ilə Ümumçin Gənclər Federasiyası arasında gənclərlə iş sahəsində əməkdaşlıq haqqında Saziş. Pekin, 17 mart 2005; - Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə Çin Xalq Respublikasının İnformasiya Sənayesi Nazirliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu. Pekin, 17 mart 2005; - Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Çin Xalq Respublikasının Mədəniyyət Nazirliyi arasında 2005-2009-cu illər üçün mədəniyyət və incəsənət sahəsində əməkdaşlıq haqqında Protokol. Pekin, 17 mart 2005; - Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi və Çin Olimpiya Komitəsi arasında Texniki və İdman Əməkdaşlığı haqqında Saziş. Pekin, 17 mart 2005; - Azərbaycan Respublikası Dövlət Teleradio Verilişləri Şirkəti və Çin Mərkəzi Televiziyası arasında Əməkdaşlıq Sazişi. Pekin, 17 mart 2005. Mahir Məmmədli /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar