SON XƏBƏRLƏR

Türkiyə-Ermənistan sərhədi oktyabrdan əvvəl açılacaq?

2021.10.20, 07:36
Türkiyə-Ermənistan sərhədi oktyabrdan əvvəl açılacaq?

Gunaz.tv
Erməni millət vəkili Ermənistan prezidentinin «sərhəd qapısının açılması» istəyinin Türkiyə tərəfindən yerinə yetiriləcəyini iddia edib Ermənilər yenidən Türkiyə ilə Ermənistan arasındakı sərhədin açılacağını iddia edirlər. ANS PRESS-in «SNNTürk»ə istinadən verdiyi məlumata görə, Ermənistandaki Jarankoutioun (Miras) Parlament Qrupunun üzvü, millət vəkili Stepan Safarian bu barədə bildirib. O, sərhədin oktyabr ayından əvvəl açılacağı barədə məlumat verib. Fransızca nəşr edilən erməni «Armenews» internet saytına görə, millət vəkili Stepan Safarian bu ilin noyabrında keçiriləcək Türkiyə-Ermənistan milli matçına Türkiyə prezidenti Abdulla Gül tərəfindən dəvət edilən Ermənistan prezidenti Serj Sarkisyanın «sərhəd qapısının açılması» istəyinin yerinə yetiriləcəyini iddia edib. Serj Sarkiyanın iki ölkə arasındakı açılmış «sərhəd qapısı»ndan istifadə edərək Türkiyəyə gedəcəyini iddia edən Safrian həmçinin qeyd edib ki, Azərbaycanın təzyiq etməsi səbəbindən sərhəd qapısı simvolik olaraq istifadə ediləcək və Sarkisyanın daxil olmasından ədrhal sonra bağlanacaq. /ANS PRESS/ © 2008-2009 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar