SON XƏBƏRLƏR

Bakıda İran-İsrail darıtşması

2021.10.20, 07:36
Bakıda İran-İsrail darıtşması

Gunaz.tv
İran səfiri Prezident Adminstrasiyasının tədbirini yarımçıq tərk etdi Amerikalı ekspert: «Bəlkə də kimsə Obama siyasətini sadəlövh siyasət kimi qəbul edə bilər, amma bu kursa hörmət etmək lazımdır» Beynəlxalq Siyasət Məsələləri üzrə Sakit okean Şurasının sədri, amerikalı ekspert Dr. Cerald Qrin “Müzakirələr üçün toplantılar” layihəsi çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin qonağı olub və “ABŞ Prezidenti Barak Obamanın Iran siyasəti” mövzusuna dair məruzə ilə çıxış etdi. Xarici və yerli ekspertlər-politoloqlar, diplomatlar, regional və beynəlxalq münasibətlər üzrə digər mütəxəssislərin iştirak etdiyi tədbirdə Birləşmiş Ştatların Iran, Yaxın Şərq və Cənubi Asiya, neft amili, Ərəb-İsrail konflikti, dünyanın münaqişə ocaqları olan Pakistan, Əfqanıstan, İraq və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı. Ekspert Cerald Qrin geniş məruzə ilə çıxış etdi. Corc Buşun xarici siyasəti ilə Brak Obamanın xarici siyasətini müqayisə edən ekspertin sözlərinə görə, yeni admnistrasiyanın xarici siyasət kursu əvvəlkindən xeyli fərqlidir. Obamanın inaqurasiya mərasimində müsəlman dünyasına ünvanlanan mesajını xatırladaqn Cerald Qrin bildirdi ki, Ağ Evin yeni rəhbəri müsəlman dünyası ilə yeni münasibətlər mərhələsinin əsasasını qoyub: «Ancaq bu siyasətin müsbət və mənfi tərəflərini qiymətləndirmək çətindir. Obamanın Qahirə Universitetində çıxışı maraqlı idi və ABŞ-ın yeni administrasiyasının dialoqa hazır olduğunu göstərdi. Obama prezident vəzifəsinə seçildikdən sonra Yaxın Şərq regionuna məsul şəxsləri təyin etdi, belə ki, o, bunun xüsusi vacibliyini başa düşür. Bəlkə də kimsə Obama siyasətini sadəlövh siyasət kimi qəbul edə bilər, lakin mən hesab edirəm ki, bu kursa hörmət etmək lazımdır». Amerikanın İran siyasətinə toxunan ekspert hesab edir ki, Obama bu münasibətlərin pisləşdirilməsində maraqlı deyil: «Amerika tez bir zamanda İranın etibarını qazana bilməyəcək, ABŞ üçün vacib olan səbrli olmaqdır. Biz saatlara baxaraq vaxt çərçivəsi qoymamalıyıq. Əsas Tehranın Vaşinqtona etibarlı münasibətinin təməlinin qoyulmasıdır. Bu regionda prioritetləri əvvəlcədən müəyyən etmək vacibdir. Bunun üçün İranı beynəlxalq cəmiyyətə cəlb etmək lazımdır». Cerald Qrin ABŞ-ın siyasətinin çatışmayan cəhətlərindən biri kimi isə İran haqqında kifayət qədər məlumatın olmamasını göstərdi: «Obama administrasiyası hakimiyyətə gələnə qədər keçirilən qısa görüşlər regionda ümumi mənzərənin formalaşdırılması üçün kifayət etmir. Amma bu da sirr deyil ki, İranın nüvə proqramı ABŞ-da narahatlıq yaradır. İran proqramın alternativ enerji mənbələri yaratmaq məqsədi güddüyünü bəyan etsə də, ABŞ və Avropanın narahatlığı davam edir». Tədbirdə çıxış edən İsrailin Azərbaycandakı səfiri Artur Lenk İranı nüvə proqramına görə tənqid etdi. Səfirin sözlərinə görə, İranın bu proqramı həm İsrail, həm də başqa ölkələr üçün problemlər yaradır: «İran xüsusi bir regionda yerləşir, bu həm də region üçün təhlükədir. Ona görə İran bu narahatçılıqları qəbul etməlidir». Bu arada A.Linkin çıxışına etiraz edən İranın Azərbaycandakı səfirinin birinci müavini Əli Ağacani etiraz əlaməti olaraq zalı tərk etdi. Tədbirdə çıxış edən politolqlar Barak Obamanın xarici siyasətinin gələcəyə hesablandığını dedilər. Pərviz Həşimli

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar