SON XƏBƏRLƏR

Obama: Iranla bağlı səbrimiz əbədi deyil

2021.10.20, 07:36
Obama: Iranla bağlı səbrimiz əbədi deyil

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, ABŞ prezidenti Barak Obama cümə günü iyul ayının 10da “G8 “in iclasının sonunda İranın atom fəaliyətlərinə toxunub. O İtaliyada qeyd edib ki “G8“ əbədə qədər səbr edə bilməz və icazə verəbilməz ki İran atoma əl tabsın. Obama sözlərinin dəvamında artırıb ki ümid edirəm İran iclasın son qetnaməsindən məna çıxardacaq və dərk edəcək ki dünyanın mövqeyi İranla bağlı çox aydındır. O élan etdi ki əgər İran dialoqa razılaşmasa əlbətdə ki İrana qarşı başqa təsir vasitələri zəruri olacaq. Barak Obama İranın son hadisələri ilə bağlı vurquladı ki “G8 “ in başçıları İranda baş verən hadisələrdən nigarandırlar. GÜNAZ.TV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar