SON XƏBƏRLƏR

ABŞ Qarabağla bağlı Madrid Prinsiplərini açıqladı

2021.10.20, 07:36
ABŞ Qarabağla bağlı Madrid Prinsiplərini açıqladı

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Ağ Evin mətbuat xidməti Dağlıq Qarabağ münaqişəsinin həllini nəzərdə tutan Baza Prinsiplərinin detallarını açıqlayıb. APA-nın ABŞ bürosunun xəbərinə görə, Ağ Evin mətbuat xidmətinin yaydığı məlumatda 2007-ci ildə Madriddə Rusiya, ABŞ və Fransanın xarici işlər nazirlərinin təklif etdiyi prinsiplərin əsas mahiyyəti açıqlanıb. Bəyanatda bu prinsiplərin Helsinki Son Aktına, gücün tətbiq edilməməsi, ərazi bütövlüyü, bərabər hüquqluq və öz müqəddəratını həll etmək hüququna əsaslandığı qeyd olunub. Ağ Evin mətbuat xidməti Madrid Prinsiplərinin konkret maddələrini də açıqlayıb. 1. Dağlıq Qarabağ ətrafında olan rayonların Azərbaycanın nəzarətinə qaytarılması 2. Dağlıq Qarabağa keçid statusu verməklə onun təhlükəsizliyi və özünü idarə etməsinə təminat verilməsi 3. Ermənistanla Dağlıq Qarabağı birləşdirən dəhlizin yaradılması 4. Dağlıq Qarabağın yekun statusunu müəyyən edəcək hüquqi səlahiyyəti olan arzunun ifadə etmək hüququ 5. Bütün qaçqın və köçkünlərin münaqişədən əvvəl yaşadıqları ərazilərə qayıtmaq hüququ 6. Sülhməramlı əməliyyatları nəzərdə tutan beynəlxalq təhlükəsizlik təminatının verilməsi Ağ Evin bəyanatında deyilir ki, Baza Prinsiplərinin Ermənistan və Azərbaycan tərəfindən dəstəklənməsi həm iki ölkə, həm də region üçün əhatəli sülhün, stabilliyin və firavanlığın yaranmasına səbəb olacaq. Xatırladaq ki, "Böyük səkkizlər"in İtaliyanın Akvil şəhərində keçirilən toplantısında Barak Obama, Dmitri Medvedev və Nikola Sarkozi həmsədrlərə Azərbaycan və Ermənistan prezidentlərini Baza Prinsiplərinə dair son təkliflərin əks olunduğu, 2007-ci il noyabrın 29-da açıqlanmış Madrid təklifləri üzrə yeni versiyanı təqdim etməyi tapşırıblar: "Biz öz vasitəçilərimizə təlimat verdik ki, Madrid Sənədinin son tamamlanmış variantını prezidentlərə təqdim etsinlər. Biz Azərbaycan və Ermənistan prezidentlərini qalan fikir ayrılıqlarını aradan qaldırmağa və hərtərəfli sülh planının əsasını təşkil edəcək Baza Prinsiplərinin razılaşdırılmasını başa çatdırmağa çağırırıq".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar