SON XƏBƏRLƏR

Türkiyədəki mübahisələr fonunda Azərbaycanda da Çin mallarının boykot edilməsinə çağırışlar səslənməyə başlayıb

2021.10.20, 07:36
Türkiyədəki mübahisələr fonunda Azərbaycanda da Çin mallarının boykot edilməsinə çağırışlar səslənməyə başlayıb

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Türkiyədə Çin mallarının boykot edilməsi ilə bağlı çağırışlar iş adamları arasında mübahisələrə səbəb olub. Prezident Abdullah Gülün 15 gün əvvəl Pekin səfəri çərçivəsində imzalanan 2 milyard avroluq müqavilələrin mürəkkəbi qurumadan səslənən boykot çağırışları Çindən mal idxal edən şirkət rəşbərlərinin narahatlıqlarına səbəb olub. Onların fikrincə, Türkiyə, Çin malları olmasa da yoluna davam edə bilər. Amma Uyğurustanda baş verən hadisələr ticarətlə qarışdırılmamalıdır. Türkiyə İxracatçılar Məclisinin sədri Mehmet Büyükkişi bildirib ki, Abdullah Gülün Çin səfəri müsbət keçib və türkiyəli iş adamları Pekində yaxşı qarşılanıblar: “Çin ilə aramızda ticarət əlaqələrini formalaşdırırıq. Səfər çərçivəsində Çin şirkətləri ilə Türkiyəyə sərmayə qoyması istiqaətində layihələr gündəmə gəldi. Turizm sahəsində 50 min turisti 200 minə çatdırmağın yollarını axtardıq. Yəni, ticarət münasibətlərinin indiki qədər inkişafda olduğu bir vaxtda boykot çağırışlarına müsbət yanaşmırıq”. Bununla belə, Mehmet Büyükkişi bildirib ki, Uyğurustanda baş verənlər reaksiyasız qalmamalı və daha düşünülmüş etiraf formalarından istifadə olunmalıdır. “Vestel” şirkətinin icraçı direktoru Ömər Yüngül isə bildirib ki, dünyada hansısa ölkənin mallarının boykot edilməsi nümunəsi müsbət nəticələr vermir. Onun sözlərinə görə, təmsil etdiyi şirkətin Çinlə böyük ticarə əlaqələri var: “Belə bir boykotun Türkiyəyə fayda verədəyini düşünmürəm. Bu addımı atmamalıyıq. Biz Çindən çoxsaylı mallar alırıq. Bunları daha ucuz qiymətə ala biləcəyimiz yeri tapa bilməsək, ixracatda rəqabəti uduzarıq”. İstanbul ağac məmulatları və meşə məhsulları idxalçıları birliyinin İdarə Heyətinin sədri Abdullah Tever isə Çinlə ticart əlaqələrinin kəsilməsinə qarşı deyil: “Çində uyğur türklərinə qarşı hərəkətləri pisləyirik. Biz Çindən laminat parket kimi mallar idxal edirik. Bunlar isə son dərəcə keyfiyyətsiz mallardır. Uyğurustandakı soyqırımından sonra biz də ticarətə fərqli baxmağa başladıq. Çindən idxalı dayandıra bilərik”. Xatırladaq ki, Türkiyədə indiyədək bir neçə ölkənin malları boykot edilib 1998-ci ilin noyabrı: Terror təşkilatı rəhbəri Abdullah Öcalana verdiyi dəstəyə görə İtaliya mallarına qarşı boykot təşkil lunub 2006-cı ilin fevralı: Danimarka mətbuatında Məhəmməd peyğəmbərin karikaturaları dərc edilidiyindən, Danimarka malları boykot edilib 2006-cı ilin noyabrı: Qondarma erməni soyqırımı iddialarını inkara görə həbs və cərimə cəzası təklifini parlamentdə qəbul edən Fransaya qarşı boykot başlayıb 2007-ci ilin dekabrı: Qondarma erməni soyqırımını tanıyan İsveçə hökumətinə etiraz məqsədilə İsveç mallarını boykot kampaniyasına start verilib. Qeyd edək ki, Azərbaycanda da Çin mallarının boykot edilməsi ilə bağlı çağırışlar səslənməyə başlayıb. Belə bir təkliflə çıxış edən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev ki, Çin hökumətinin uyğur türklərinə qarşı həyata keçirdiyi assimilyasiya və repressiya siyasəti heç bir halda diqqətdən kənarda qalmamalı, hər bir vətəndaş öz imkanı və bacarığı çərçivəsində uyğur xalqının haqqı işinə dəstək verməlidir: “Təəssüf ki, dünya birliyi Çinin qarşısında acizlik nümayiş etdirərək, eyni zamanda ikili standartlardan çıxış edərək uyğur türklərinə qarşı həyata keçirilən qanlı aksiyalara lazımi diqqət yetirmir. Beynəlxalq təşkilatlar, dünyanın aparıcı dövlətləri, o cümlədən ABŞ Tibetdə baş verənlərə göstərdiyi reaksiyanı nədənsə uyğur türklərinə qarşı həyata keçirilən zorakılığa və qətllərə münasibətdə göstərmir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar