SON XƏBƏRLƏR

Uyğurlara qarşı soyqırım törədilib

2021.10.20, 07:36
Uyğurlara qarşı soyqırım törədilib

Gunaz.tv
Rəcəb Tayyib Ərdoğan: “G-8 sammitində görüşdüyüm dövlət başçılarınaÇindəki hadisələrlə bağlı düşüncələrimi çatdırdım” ”Türkiyədə bu olayları qiymətləndirərkən vəhşət ifadəsindən istifadə etdim. Bu ifadəmin arxasındayam. Çünki yüzlərlə insanın öldürüldüyü və mindən çox insanın yaralandığı bir hadisəni – az qala soyqırımı – başqa birə kəlmə ifadə etməz”. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu sözləri “böyük səkkizlər”in İtaliyanın Akvila şəhərində keçirilən toplantısına qatılan Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan türkiyəli jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, bunu həm uyğurların soydaşı kimi, həm də bir insan kimi söyləmək məcburiyyətindədir: “Bir tərəfdən bəşəri dəyərlərdən, insan haqlarından danışırlar, digər tərəfdənsə bu hadisələrə seyrçi qalırlar. Bu məsələdə ikitərəfli münasibətlər və ya mənafelər deyil, insanlar ön planda tutulmalıdır. Biz BMT Təhlükəsizlik Şurasının müvəqqəti, Çin isə daimi üzvüdür. Orada da bu məsələ müzakirə oluna bilər”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar