SON XƏBƏRLƏR

İran adlanan yerdə yeni etiraz yeni hücüm

2021.10.20, 07:36
İran adlanan yerdə yeni etiraz yeni hücüm

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Tələbə üsyanının 10-cu ildönümü - iyulun 9-da Tehran və bir sıra digər şəhərlərdə keçirilmiş kütləvi etiraz aksiyalarının zorakılıqla dağıdılmasının ardınca da xoşagəlməz hadisələr baş verib. Dünən axşam paytaxtda motosikl sürən bir qrup mülki geyimli silahlı şəxs Politexnik (Əmir kəbir) Universiteti tələbələrinin yataqxanasına hücuma keçib. Behafərin küçəsində yerləşən “Gülşən” tələbə yataqxanasına hücum çəkən silahlı mülki geyimli şəxslər tələbələrin şəxsi əşyalarını qırıb- dağıdıb, qarşılarına keçənləri döyüb təhqir ediblər. Hücumçuların tələbələrdən bir qismini tutub özləri ilə bilinməz istiqamətə apardığı bildirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar