SON XƏBƏRLƏR

ABŞ, Fransa və Rusiyadan Qarabağ probleminin həllinə çağırış

2021.10.20, 07:36
ABŞ, Fransa və Rusiyadan Qarabağ probleminin həllinə çağırış

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Amerika Birləşmiş Ştatları, Fransa və Rusiya Ermənistanla Azərbaycan liderlərini Qarabağ problemini həll etməyə çağırıblar. İtaliyada keçən Böyük Səkkizlər sammitində birgə bəyanatla çıxış edən Barak Obama, Nilolə Sarkozi və Dmitri Medvedev Azərbaycan və Ermənistanı bu iki ölkə arasında qalan son ixtilafları aradan qaldırmağa və yekun razılaşma əldə etməyə səsləyiblər. Bəyanatda deyilir ki, Yerevanla Bakı 2007-ci il Madrid prinsiplərinə uyğun razılaşmaya nail olmalıdırlar. ABŞ, Fransa və Rusiya ATƏT Minsk qrupunun həmsədrləri olaraq münaqişə tərəfləri arasında vasitəçilik edirlər. İyulun 17 Ermənistan və Azərbaycan prezidentləri Rusiyada görüşməlidirlər. Diplomatlar həmin görüşə böyük əhəmiyyət veririlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar