SON XƏBƏRLƏR

Suriyanın yeni hökuməti ilk rəsmi səfərini Səudiyyə Ərəbistanına edib

2025.01.02, 12:45
Suriyanın yeni hökuməti ilk rəsmi səfərini Səudiyyə Ərəbistanına edib

Suriyadakı Müvəqqəti Hökumətin nümayəndə heyəti Səudiyyə Ərəbistanına rəsmi səfərə gedib.

Gunaz.tv

GünazTV APA-ya istinadla xəbər verir ki, Suriyanın dövlət xəbər agentliyi SANA-nın yaydığı məlumata görə səfər Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin dəvəti əsasında baş tutub.

Müvəqqəti hökumətin ilk rəsmi səfərində xarici işlər naziri Əsad Həsən Şeybani, müdafiə naziri Murhef Əbu Qasra, Suriya kəşfiyyatının rəhbəri Ənəs Xattab yer alıblar.

Müvəqqəti hökumət hələlik səfərin məqsədi və müddəti ilə bağlı açıqlama verməyib.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar