SON XƏBƏRLƏR

Türkiyənin tarixi "Anadolu-Hicaz" dəmir yolunu canlandırmağı planlaşdırır

2025.01.02, 12:35
Türkiyənin tarixi "Anadolu-Hicaz" dəmir yolunu canlandırmağı planlaşdırır

Türkiyənin İnfrastruktur və Nəqliyyat naziri Abdulkadir Uraloğlu ölkəsinin Suriyada tarixi Anadolu-Hicaz dəmir yolunu dirçəltməyi planlaşdırdığını açıqlayıb.

Gunaz.tv

O, Suriyanın təcili olaraq nəqliyyat infrastrukturunu, xüsusən də magistral yolları, hava limanlarını və yolları yenidən qurmalı olduğunu bildirib və ilk addım olaraq Türkiyənin Dəməşqə gedən dəmir yolu xəttini bərpa etməyi düşündüyünü bildirib.

TRT-nin bildirdiyinə görə, birinci məqsəd İstanbul-Dəməşq dəmir yolu xəttinin birləşdirilməsidir və Türkiyə hökuməti bu layihəni canlandırmaq üçün ilkin qiymətləndirmə aparmaq üçün Suriyaya ekspertlər qrupu göndərib.

Qeyd edək ki, Şam-Mədinə dəmir yolu xəttinin Osmanlı İmperiyası tərəfindən qurulmasından və Birinci Dünya Müharibəsində istismardan çıxarılmasından bir əsrdən çox vaxt keçdikdən sonra Türkiyə hakimiyyəti indi bu yolu yrnidən canlandırmaq planından danışır.

1300 kilometrlik bu dəmir yolu xəttinin tikintisi ilə bağlı göstəriş Osmanlı imperatoru Sultan II Əbdülhəmidin dövründə, 1900-cü ilin yazında verilmiş və bu layihə 8 ildə alman mühəndislərinin köməyi ilə tikilmişdir.

Cənab Uraloğlu İstanbul-Şam xəttinin yenidən qurulmasını regional və beynəlxalq nəqliyyat şəbəkələrinin gücləndirilməsinə dair daha geniş planın bir hissəsi adlandırıb və bildirib ki, bütün Şam-Hicaz dəmir yolu xəttinin yenidən qurulması Türkiyənin qlobal nəqliyyatda mövqeyini gücləndirəcək.

Bundan əvvəl Türkiyə Qətər və BƏƏ ilə birlikdə İraqın Ərəb körfəzindəki böyük Fav limanından Türkiyə ilə sərhəddə qədər uzanan 17 milyard dollarlıq tranzit layihəyə başlamışdı və iki ay əvvəl Ankara hökuməti bu layihənin başa çatdırılması üçün 20 milyard dollarlıq maliyyə paketini təsdiqləmişdi.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar