SON XƏBƏRLƏR

Vaşinqton Bakı və İrəvanla əməkdaşlığa hazırdır

2025.01.03, 11:35
Vaşinqton Bakı və İrəvanla əməkdaşlığa hazırdır

Amerika hökuməti Ermənistan və Azərbaycan arasında davamlı və ədalətli sülh sazişinin əldə olunması üçün səylərə dəstək verməyə hazır olduğunu bəyan edib.

Gunaz.tv

GünazTV xəbər verir ki, bu, Amerika  Dövlət Departamentinin açıqlamasında qeyd olunub.

“Amerika hökuməti Cənubi Qafqazda təhlükəsiz və firavan gələcək üçün Ermənistan və Azərbaycanın davamlı və ədalətli sülh sazişi əldə etməsi istiqamətində səyləri dəstəkləyir. Biz hər iki tərəflə elə formatda əməkdaşlıq etməyə hazırıq ki, bu format tərəflərə irəliləyişin mümkün olduğu sahələri müəyyən etməyə imkan versin,” – deyə bəyanatda vurğulanıb.

Ekspertlər hesab edir ki, bu bəyanat ABŞ-ın Cənubi Qafqazda sülhün təmin olunmasına dair daha aktiv rol almaq niyyətinin göstəricisidir. 

 

 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar