SON XƏBƏRLƏR

2200 fransız əsgərlə bağlı qərar verildi

2025.01.03, 11:44
2200 fransız əsgərlə bağlı qərar verildi

Kot d’İvuar Prezidenti Alasana Uattara Fransa qoşunlarının ölkədən çıxarılmasını istəyir.

Gunaz.tv

GünazTV Globalinfo.az-a stinadla xəbər verir ki, Uattara televiziya ilə əhaliyə müraciətində xalqın öz ordusunun modernləşdirilməsindən qürur duymalı olduğunu deyib.

“Bu kontekstdə biz, fransız kontingentinin ölkədən koordinasiyalı şəkildə çıxarılmasına qərar verdik” – deyə prezident vurğulayıb.

Qeyd edək ki, noyabrda Qərb mediası Fransanın bu ölkədəki hərbçi sayını 2200-dən 600-ə endirəcəyi barədə məlumat yayıb.

“Euronews” kanalının məlumatına görə, Fransa Afrikadakı hərbi mövcudluğunun 70 faizini itirib. Mali, Niger və Burkina-Fasodakı fransız qoşunları bütünlüklə çıxarılıb. Paris ən böyük kontingenti Cibutidə (1500 hərbçi) və Qabonda (350) saxlamağı düşünür.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar