SON XƏBƏRLƏR

Almaniyanın xarici işlər naziri Dəməşqə gedir

2025.01.03, 12:00
Almaniyanın xarici işlər naziri Dəməşqə gedir

Almaniyanın xarici işlər naziri Annalena Berbok Dəməşqə gedir.

Gunaz.tv

GünazTV "Report"-a istinadla xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

 

Bildirilib ki, Almaniya XİN başçısı fransalı həmkarı Jan-Noel Barro (Jean-Noël Barrot) ilə birlikdə Avropa İttifaqı (Aİ) adından Suriyaya gedir.

 

O, Suriyanın yeni hakimiyyətinin lideri Əhməd əl-Şaraa ilə görüşəcək.

 

“Bugünkü səfərim suriyalılara açıq bir mesajdır: Avropa ilə Suriya, Almaniya ilə Suriya arasında yeni siyasi başlanğıc mümkündür”,- Berbok Dəməşqə yola düşməzdən əvvəl bildirib.

 

Almaniya XİN başçısı Suriya ilə bağlı qarşıya qoyulan qoyulan hədəfdən də danışıb:

 

“İndi qarşımızda milyonlarla suriyalının da arzuladığı bir məqsəd var. Bu, Suriyanın yenidən beynəlxalq ictimaiyyətin hörmətli bir üzvünə çevrilməsidir”.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar