SON XƏBƏRLƏR

Pezeşkian Tacikistana gedəcək

2025.01.04, 16:00
Pezeşkian Tacikistana gedəcək

İran Prezidenti Məsud Pezeşkian Tacikistan Respublikasına səfər edəcək.

Gunaz.tv

Bu barədə "Ria Novesti" məlumat yayıb.

Tacikistan Xarici İşlər Nazirliyindəki məlumatlı mənbəyə istinadən yayılan məlumatda İran prezidentinin səfərinin bu ay baş tutacağı bildirilib.

"Səfərdə Pezeşkian Tacikistan Prezidenti İmamoli Rəhmanla görüşəcək, yüksək səviyyəli danışıqlar aparacaq və digər rəsmi tədbirlər də iştirak edəcək",- agentlik əlavə edib.

Qeyd edək ki, bundan əvvəl Msud Pezeşkianın Azərbaycan və Türkiyə cumhuriyyətlərinə səfər edəcəyi barədə qeyri-rəsmi məlumatlar yayılsa da bu təsdiqini tapmayıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar